• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıya 18 metrlik avtobuslar gətirilir

Bakıya 18 metrlik avtobuslar gətirilir
18.12.2017 10:39
Gələn il Bakıya 18 metr uzunluğunda marşrut avtobusları gətiriləcək, bunu Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli Trend-ə verdiyi geniş müsahibədə bildirib.

Direktorun sözlərinə görə, növbəti ildən bir çox köhnə avtobuslar yeniləri ilə dəyişdiriləcək:

"Nazirlər Kabinetinin iclasında da bildirdim ki, marşrutlardakı avtobusların 50 faizi dəyişdirilməlidir. Bu məsələyə cənab Prezident özü də ciddi nəzarət edir. Gələn il ölkəyə 300-350 müasir avtobusun gətirilməsi nəzərdə tutulub. Yeni avtobusların hansı daşıyıcıya veriləcəyi hələlik məlum deyil. Həmin nəqliyyat vasitələrinin bəzilərinin uzunluğu 18 metr olacaq.

Bəziləri deyir ki, Bakı küçələri bu avtobusların hərəkəti üçün yararlı deyil. Əslində isə Bakının küçələri buna tam hazırdır. Biz araşdırma aparmışıq və məlum olub ki, bəzi Avropa şəhərlərinin küçələri Bakı küçələrindən dardır. Lakin orada sürücü-sərnişin münasibətləri normaldır, döngələrdə maşın saxlamırlar”.
V.Kərimli bildirib ki, 18 metrlik avtobuslar Bakıya gətiriləndən sonra şəhərin ictimai nəqliyyatında ciddi dəyişiklik olacaq:

"Biz həmin avtobusları mərhələli şəkildə xətlərə buraxacağıq. Daha sonra Bakıətrafı qəsəbələrdə texniki nasaz olan avtobusları yeniləyəcəyik. Yeni avtobuslar marşrut xəttinə buraxılandan sonra hazırda istifadədə olan avtobuslar yollarına uyğun olaraq qəsəbə marşrutlarına veriləcək”.

Direktorun sözlərinə görə, gələn il üçün Zabrat, Binəqədi, Mərdəkan, Qala, Bakıxanov və Zığ qəsəbələrində kiçik nəqliyyat mübadilə mərkəzləri yaradılacaq:
"Ətraf qəsəbələrdə mərkəzlər olanda nəqliyyatın mərkəzlə əlaqələndirilməsi daha yaxşı təşkil olunacaq. Bu, həm sərnişinlər üçün rahat olacaq, həm də şəhərin tıxac problemi müəyyən qədər aradan qalxacaq”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol