• $
  • €
  • ₽
  • ₺
  • £

Millət vəkili "Qaçqınkom" sədrinin nəvəsini müdafiə etdi

Millət vəkili "Qaçqınkom" sədrinin nəvəsini müdafiə etdi
18.12.2017 15:57
"Əgər sərbəst buraxılsaydı və yaxud şərti cəza verilsəydi, yanaşma tərzi başqa cür ola bilərdi”

Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Çingiz Qənizadə baş nazirin müavini, "Qaçqınkom” sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin məhkəmənin qərarı ilə 6 il azadlıqdan məhrum edilməsi haqqında danışarkən deyib. O, bildirib ki, ona verilən cəza tam olaraq qanunda nəzərdə tutulan ümumi qaydaya uyğun şəkildə tətbiq olunub:

"Qanunda necə nəzərdə tutulubsa, elə də olmalıdır. Buna görə biz heç bir şərh verə bilmərik. Sanksiyada bu qədər müddət varsa, deyə bilərəm ki, ümumi qaydaya uyğun olaraq cəza həddi tətbiq olunub. Əgər sərbəst buraxılsaydı və yaxud şərti cəza verilsəydi, yanaşma tərzi başqa cür ola bilərdi. 264-cü maddənin sanksiyasında həmin müddət var və ona uyğun olaraq da cəza verilib. Həmçinin, Nailin zərərçəkənlərlə barışığı var. Onlar da açıqlamalarında bildirib ki, dəymiş zərərin hamısı ödənilib. Bu da işin müsbət tərəfidir”.

Qeyd edək ki, N. Allahverdiyev bu il avqustun 3-də saat 21 radələrində paytaxtın Nərimanov rayonu ərazisində yüksək sürətlə idarə etdiyi "Mercedes-Gelandewagen” markalı avtomobillə qəza törədib. Nəticədə 2 nəfər ölüb, 2 nəfər isə ağır xəsarət alıb. O, həmçinin hadisə yerindən qaçmaqda ittiham edilsə də, bu, məhkəmədə prokurorluq tərəfindən sübuta yetirilməyib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol