Bakıda daha bir özəl klinikada ölüm: cinayət işi açıldı

Bakıda daha bir xəstə əməliyyat masasında dünyasını dəyişib.
Trend məlumatına görə, hadisə paytaxtda fəaliyyət göstərən "Grant Hospital"da baş verib. 1962-ci il təvəllüdlü Nurağa Hüseynağa oğlu Qasımov özəl klinikada əməliyyat olunarkən dünyasını dəyişib.
Məlumata əsasən, N.Qasımovun ürəyində aorta damarının şuntlama əməliyyatı keçirilirmiş. Lakin əməliyyat zamanı onun səhhəti pisləşib və dünyasını dəyişib.
Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Qeyd edək ki, ötən gün Bakıda "MedEra" hospitalında 1977-cü il təvəllüdlü Anar Musa oğlu Hümbətov əməliyyat zamanı ölüb.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib