• $
  • €
  • ₽
  • ₺
  • £

Həkimin biri ayağını kəsdi, digəri yenidən tikdi - Azərbaycanda

Həkimin biri ayağını kəsdi, digəri yenidən tikdi - Azərbaycanda
19.12.2017 11:38
Bədbəxt hadisələrdən heç kəs sığortalanmayıb. Hazırda tibb xeyli inkişaf edib ki, bununla da bir çox problemləri həll etmək mümkündür. Bu çərçivədə Azərbaycanda daha bir unikal əməliyyat baş tutub. Baldırdan qopan ayaq bərpa edilib. Həkimlər xəstənin bir müddət sonra əvvəlki kimi ayağa qalxa biləcəyini deyir.

Kəsilən ayaq 8 saatdan sonra bərpa edildi

Anews.az Xezer TV-yə istinadən bildirir ki, istehsalat qəzası zamanı 30 yaşlı oğlanın ayağı baldır nahiyyəsindən kəsilib. Həkimlər ayağın qanqren olacağından ehtiyat etdiklərindən onu kəsilən yerdən tamamilə qoparıblar.

Beləliklə, sol ayağının əsas hissəsini itirən oğlanın təkidiylə xəstə yaxınları onu başqa xəstəxanaya köçürüblər. Müayinə zamanı məlum olub ki, qəza zamanı ayağı ciddi şəkildə ziyan görsə də, amputasiyaya ehtiyac yox imiş.

8 saatdan sonra o, ikinci əməliyyata girib. Ayağın bərpa olunması əməliyyatı 7 saat çəkib. Sağlam ayaqdan alınan dəri vasitəsiylə kəsik nahiyənin estetikası həyata keçirilib. Ayaqda 8-9 sm-ə yaxın qısalma yaranıb. Artıq evə buraxılan xəstə, 1 il yarımdan sonra əvvəlki sağlamlığına qovuşacaq. 

Həkim Elviz Qasımovun sözlərinə görə, əvvəllər kəsilən ayaq ən qısa müddətdə bərpa olunmalıydı. Hazırda tibb o qədər inkişaf edib ki, ölən toxumaların bərpası, hətta 8 saatdan sonra da mümkündür. Əksər bədbəxt hadisələr zamanı kəsilərək qopan bədən üzvünü bərpa etmək olur. Belə hallarda xəstə ilə birlikdə qopan nahiyyənin də ən qısa müddətdə təhlükəsiz şəraitdə xəstəxanaya çatdırılması arzuolunandır.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol