• $
  • €
  • ₽
  • ₺
  • £

Məktəblilərin Yeni il tətili neçə gün olacaq? - RƏSMİ

Məktəblilərin Yeni il tətili neçə gün olacaq? - RƏSMİ
19.12.2017 14:01
Təhsil Nazirliyi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar orta məktəblərdə dərslərin hansı tarixlərdə keçiriləcəyinə aydınlıq gətirib.


 Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Trend-ə bildirib ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd edilməsindən əvvəlki gün, yəni dekabrın 30-u həftənin şənbə gününə təsadüf etsə də, 6 günlük tədris həftəsi ilə təhsil alan şagirdlər həmin gün dərslərdə normal qaydada iştirak etməlidirlər. 5 günlük tədris həftəsi ilə oxuyanlar üçün isə dərslər dekabrın 29-da bitəcək.


C.Valehov deyib ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar dekabrın 31-i (2017-ci il), yanvarın 1, 2 və 3-ü (2018-ci il) ölkədə qeyri-rəsmi iş günü hesab edildiyindən həmin tarixlərdə məktəblərdə dərslər keçirilməyəcək. Beləliklə, 5 günlük tədris həftəsi ilə işləyən orta məktəblərin şagirdləri ümumilikdə 5 gün - dekabrın 30, 31 və yanvarın 1, 2, 3-də, 6 günlük tədris həftəsi ilə işləyən məktəblərin şagirdləri isə 4 gün - dekabrın 31 və yanvarın 1, 2 və 3-də istirahət edə biləcəklər. Yanvarın 4-də isə bütün orta məktəblərdə tədris davam etdiriləcək.


Xatırladaq ki, məktəblilərin qış tətili 27-31 yanvar tarixlərində (5 gün) olacaq.









www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol