Könül Xasıyevanın səhhəti yenidən pisləşib

"Vəziyyətim yaxşı deyil. Yaxın bir neçə gün ərzində xəstəxanaya yerləşdiriləcəyəm"
Bu barədə AzVision.az-a Xalq artisti, tanınmış xanəndə Könül Xasıyeva özü bildirib. O, səhhətinin yenidən pisləşdiyini deyib.
"Bir müddət ağrılarım səngimişdi. Ayaqlarımda və belimdə yenidən ağrılar baş qaldırıb. Ağrlar o qədər şiddətlənib ki, evdə qala bilmirəm, xəstəxanaya yerləşdiriləcəm".
Xalq artisti maddi durumunun da yaxşı olmadığını söyləyib: "İşləmirəm, gəlirim yoxdur. Məni bütün hallarda sağlamlığım maraqlandırır. Qalanları boş şeydir. İndi bacılarım yanımda qalır. Onlar mənə qulluq edirlər”.
Qeyd edək ki, xanəndə uzun müddətdir onurğa iflicindən əziyyət çəkir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























