• $
  • €
  • ₽
  • ₺
  • £

Yeni orfoqrafiya qaydaları hazırlanıb

Yeni orfoqrafiya qaydaları hazırlanıb
20.12.2017 16:15
"Azərbaycan dilinin 59 maddədən ibarət yeni orfoqrafiya qaydaları hazırlanıb. Qaydalar Orfoqrafiya Komissiyasının iclasında bir daha müzakirə edildikdən sonra təsdiq üçün Nazirlər Kabinetinə təqdim ediləcək”.
 
APA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse – prezidenti, akademik İsa Həbibbəyli Akademiyanın Rəyasət Heyətinin bu gün keçirilən iclasında deyib.
 
Onun sözlərinə görə, Azərbaycan dilinin ilk orfoqrafiya qaydaları sovet vaxtı hazırlanıb, 2004-cü ildə kosmetik dəyişikliklər edilib.
 
Akademik bildirib ki, 2018-ci il aprel ayının 1-dək "Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin çapına icazə verilməsi üçün Rəyasət Heyətinə təqdim olunacaq.
 
İ. Həbibəyli iclasda Azərbaycan prezidenti İlham Əliyevin "Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” sərəncamının icrasından irəli gələn vəzifələr haqda da məlumat verib. 
 
Məruzə dinlənildikdən sonra Humanitar Elmlər Bölməsinə AMEA Nəsimi adına Dilçilik İnstitutu və aidiyyəti dövlət qurumları ilə birlikdə Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı tədbirlər planının layihəsini hazırlayıb Akademiyanın Rəyasət Heyətinin müzakirəsinə təqdim edilməsi qərara alınıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol