Gənc alimlər üçün yeni müsabiqə keçiriləcək

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş "Azərbaycan Cümhuriyyəti – 100" adlı elmi əsərlər müsabiqəsinin keçirilməsi barədə qərar qəbul edib.
Trend-in məlumatına görə, RH-nin iclasında çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli müsabiqənin "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və AMEA tərəfindən təşkil ediləcəyini bildirib. Qeyd olunub ki, məqsəd ölkə Prezidenti İlham Əliyevin "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" 16 may 2017-ci il tarixli Sərəncamından irəli gələn layihələrin icrasını təmin etmək və gəncləri yeni elmi araşdırmalara cəlb etməkdir.
Müsabiqənin 35 yaşa qədər gənc tədqiqatçılar arasında keçirilməsi nəzərdə tutulur.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























