• $
  • €
  • ₽
  • ₺
  • £

SAN Radio iki yaşını qeyd edir

SAN Radio iki yaşını qeyd edir
21.12.2017 16:00
ASAN Radionun yaradılmasından iki il ötür.

APA-nın xəbərinə görə, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə yaradılan ASAN Radio 24 dekabr 2015-ci il tarixində yayıma başlayıb. Dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. 

ASAN Radio sosial mediada fəallığı ilə seçilir və internet üzərindən canlı efirlər, audio, videoreportajlar yayımlayır, asanradio.az saytı daim yenilənir.

ASAN Radio dövlət qurumları, beynəlxalq təşkilatlar və aparıcı şirkətlərlə əməkdaşlıq edir. ASAN Radioda Avropa İttifaqının dəstəyi, ADA Universitetinin bələdçiliyi ilə "AvropadASAN” adlı veriliş yayımlanır. 

ASAN Radio həm də gələcəyin media işçilərini yetişdirir. ASAN könüllüləri, ADA Universitetinin, Azərbaycan Dillər Universitetinin, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbələri burada təcrübə keçir. 
 
ASAN Radio hər zaman dinləyicisinə zövqlü milli və dünya musiqiləri təqdim edir. ASAN Radio mühüm sosial layihələrə informasiya dəstəyi göstərir.
ASAN Radio həm də bir sıra irimiqyaslı yarışların, tədbirlərin, sərgilərin eksklüziv radio tərəfdaşıdır.
 
ASAN Radio Bakı və Abşeron yarımadası, Sumqayıtda 100 FM-də, Cənub və Aran bölgəsində -Lerik, Lənkəran, Masallı, Cəlilabad, Neftçala, Salyan, Şirvan, Hacıqabul, Biləsuvar, Saatlı, Sabirabad, İmişli rayonlarında 92.7 FM-də, Gəncə, Yevlax, Mingəçevir, Ucar, Naftalan, Goranboy, Qəbələ və digər iri şəhər və rayonlarda  96.5 FM-də yayımlanır.
 
ASAN Radionun 2 yaşı münasibətilə "Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasının səhnəsində "2 il Sizinlə” adlı möhtəşəm konsert proqramı keçiriləcək. Konsert dekabrın 23-ü saat 16:00-da başlayacaq. 
 
Bundan başqa, Həmrəylik nümayiş etdirib Yeni ili, həmçinin, ASAN xidmətin 5, ASAN Radionun isə 2 yaşı "Quba ASAN həyat kompleksi”ndə möhtəşəm konsertlə qeyd olunacaq. Röya dekabrın 29-u saat 16:00-da Qubada "ASAN-la röyalarınızı gerçəkləşdirəcək!” 
 
24 dekabr – ASAN Radionun yarandığı gün radioda xüsusi bayram buraxılışları təqdim ediləcək!

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol