• $
  • €
  • ₽
  • ₺
  • £

Fazil Məmmədov hansı xəstəlikdən əziyyət çəkir?

Fazil Məmmədov hansı xəstəlikdən əziyyət çəkir?
23.12.2017 17:45
Prezident İlham Əliyevin sərəncamı ilə Fazil Məmmədovunvergilər naziri vəzifəsindən azad edilməsinin səbəbləri sırasında, əsasən, onun səhhəti ilə bağlı yaşadığı narahatlıq göstərilir.


Bəzi millət vəkilləri də, özü də səhhətində problemlərin meydana gəldiyini gizlətməyiblər. Amma indiyə qədər cəmi 53 yaşı olan Fazil Məmmədovun hansı xəstəlikdən əziyyət çəkdiyi, müalicə kursunun nədən ibarət olduğu sirr olaraq qalmaqdadır.


Axar.az-ın əldə etdiyi məlumata görə, F.Məmmədovun səhhətindəki problemlər orqanizmindəki radioaktiv şüalarla bağlıdır.


İddiaya görə, keçmiş nazir 1986-cı ildə baş verən Çernobıl qəzası zamanı hərbi mükəlləfiyyətli və gənc kadr kimi ora yardıma gedənlər arasında olub. Səhhətindəki problem də məhz o zamandan başlayıb.


Mənbənin sözlərinə görə, Çernobıla yardıma gedənlər və orda xəstəlik tapanlar keçmiş SSRİ ölkələrində qəhrəman kimi qəbul edilsələr və "müharibə veteranı” statusuna malik olsalar da, Fazil Məmmədov bu statusdan heç zaman istifadə etməyib. Əksinə, vaxtilə etdiyi bu fədakarlığı ümumiyyətlə tərcümeyi-halında göstərməyib.


Maraqlı məqam odur ki, F.Məmmədovun tərcümeyi-halında, doğrudan da, həmin "boşluq” görünür. Vikipediyada əks olunan tərcümeyi-hala görə, sabiq nazir 1964-cü ildə anadan olub. 1985-ci ildә D.Bünyadzadә adına Azәrbaycan Xalq Tәsәrrüfatı İnstitutunun maliyyә-kredit fakültәsini bitirib. Daha sonra isə onun 1987-1989-cu illәrdә Gәncәdә Sәnaye-Tikinti Bankında iqtisadçı, kassa müdiri vә Bakı Sәnaye-Tikinti Bankının Әmәliyyat İdarәsindә iqtisadçı vәzifәlәrindә çalışdığı bildirilir.


1985-87-ci illərdə F.Məmmədov əsgəri xidmətdəmi olub? Hərbi xidməti harada keçib?


Bu sualların cavabını keçmiş nazirin tərcümeyi-halında tapmaq mümkün deyil.


Qeyd edək ki, Ukraynanın Çernobıl şəhəri yaxınlığında yerləşən Çernobıl AES-də güclü nüvə partlayışı 26 aprel 1986-cı ildə baş verib. AES-in partlamış 4-cü enerji blokunun təhlükəsiz hala salınması üçün keçirilən "Sarkofaq" əməliyyatında azərbaycanlılar da iştirak ediblər. Bu əməliyyatdan sonra bölgəyə gedən könüllülər sırasında da yüzlərlə azərbaycanlı olub.


Sözügedən hadisə zamanı 7000-ə yaxın insan həlak olub, 25000 insan güclü radiasiya nəticəsində ömürlük şikəst olub. On minlərlə insan isə sonsuz qalıb.


İddialarla bağlı Fazil Məmmədovun və ya yaxınlarının açıqlamasını almaq mümkün olmadı.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol