Sabiq icra başçısı vəfat etdi

Mingəçevir Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Məhəbbət Qarabağlı vəfat edib.
Anews.az "Report"a istinadən xəbər verir ki, Məhəbbət İsmayıl oğlu Qarabağlı uzun sürən xəstəlikdən sonra 76 yaşında dünyasını dəyişib.
Xatırladaq ki, M.Qarabağlı 1941-ci il mayın 5-də Gürcüstan respublikasının Bolnisi rayonunun Kvemo-Bolnisi kəndində anadan olub. İxtisasca müəllim olan M.Qarabağlı 1999-cu ildən 2005-ci ilə qədər Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Daha sonra Bakı şəhər Baş Təhsil İdarəsinə rəisi, 2006-cı ildə yeni yaradılmış Bakı şəhər üzrə Təhsil İdarəsinin müdir müavini təyin edilib və uzun müddət bu vəzifədə çalışıb.
"Qızıl qələm" media mükafatı laureatıdır. Müxtəlif illərdə qurultaylara nümayəndə seçilib.
İki oğlu, bir qızı və altı nəvəsi var.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























