İstanbuldan Azərbaycana gələn avtobus aşıb

İstanbuldan Azərbaycana gələn sərnişin avtobusu Qarsda qəzaya düşüb.
APA-nın "Hürriyyət”ə istinadən verdiyi məlumata görə, hadisə bu gün Bakı vaxtı ilə saat 9:00-da Qars ərazisində, Qarayurd-Kağızman yolunda baş verib.
İstanbuldan Azərbaycana gələn "İğdır Turizm” şirkətinə aid 34 DY 9422 nömrə nişanlı avtobus sürücünün idarəetməni itirməsi səbəbindən aşıb.
Qəzada çoxu əksəriyyəti Naxçıvan Muxtar Respublikasının sakini olan 30 nəfər xəsarət alıb.
Xəsarət alanlar Sarıqamış və Qarsdakı xəstəxanalara yerləşdirilib.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























