DİM saytının yeni versiyasını təqdim etdi

Bu gün Dövlət İmtahan Mərkəzinin saytının yeni versiyası təqdim olunub.
Anews.az-ınTrend-ə istinadən məlumatına görə, tədbirdə bildirilib ki, saytın dizaynı dəyişdirilməklə yanaşı, strukturuna yeni bölmələr əlavə edilib, istifadəçilərin rahatlığının təmin edilməsi üçün hər bir bölməyə aid "xəbərlər”, "faydalı”, "e-xidmətlər”, "sənədlər”, "təqvim”, "FAQ” altbölmələri hazırlanıb.
Saytın informasiya təminatı ilə yanaşı, il ərzində 7 milyondan çox istifadəçiyə elektron xidmət göstərməsi nəzərə alınaraq, dövri olaraq aktiv olan "elektron xidmət” keçidlərinin ön səhifədə yerləşdirilməsi təmin edilib. Yeni dizaynda istifadəyə verilmiş sayt məlumatların və yeniliklərin ictimaiyyətə operativ, rahat çatdırılmasında mühüm rol oynayacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























