• $
  • €
  • ₽
  • ₺
  • £

Yeni avtomobil tuneli inşa olunur

Yeni avtomobil tuneli inşa olunur
26.12.2017 11:45
"Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin sifarişi ilə Bakı Olimpiya Stadionunun qarşısında yeni avtomobil tuneli inşa olunur.

Bunu "APA-Economics"in sorğusuna cavab olaraq "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin Mətbuat Katibliyinin rəisi Anar Nəcəfli bildirib.

Onun sözlərinə görə, məqsəd günün pik saatlarında "Koroğlu" metro stansiyasının qarşısında yaranan tıxac aradan qaldırmaqdır: "Xüsusən də Ziya Bünyadov prospekti istiqamətindən gələn nəqliyyat vasitələri körpünün üzərinə qalxaraq oradan dövrə vurub, "Koroğlu” stansiyasının qarşısından düşərək hava limanı istiqamətində hərəkət edirdilər. Bu da həmin ərazidə müəyyən qədər sıxlığa səbəb olurdu. Məhz o sıxlığın aradan qaldırılması üçün "Koroğlu” stansiyasının qarşısına nəqliyyat vasitələri düşmədən Ziya Bünyadov prospektindən birbaşa hava limanı istiqamətinə keçid üçün yeni avtomobil tuneli inşa olunur. Həmin avtomobil tunelinə keçid Ziya Bünyadov prospektindən sağa - Olimpiya kəndi istiqamətinə - dairədən dövrə vuraraq Ziya Bünyadov prospektinin altından keçərək Bakı Olimpiya Stadionu arxasından hava limanı istiqamətinə hərəkət etməklə mümkün olacaq".

Qurum rəsmisi bildirib ki, tunelin ümumi uzunluğu 655 metrdir.

Tunelin tikintisinin başa çatmasına gəlincə, A.Nəcəfli vurğulayıb ki, hal-hazırda tikinti işlərinə yeni başlanılıb: "İşlərin gələn il ərzində yekunlaşması planlaşdırılır. İşlər açıq hava şəraitində aparıldığı üçün hava şəraiti ilə əlaqədar fasilələr də yarana bilər. Lakin bütün bunlara baxmayaraq gələn il ərzində işlərin yekunlaşdırılması nəzərdə tutulub".

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol