• $
  • €
  • ₽
  • ₺
  • £

Sabiq deputat Dünyamin Xəlilovun cəzası azaldılıb

Sabiq deputat Dünyamin Xəlilovun cəzası azaldılıb
26.12.2017 13:44
Bakı Apellyasiya Məhkəməsində mənimsəmədə təqsirləndirilən sabiq deputat Dünyamin Xəlilov və digərləri barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

APA-nın məlumatına görə, hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, Dünyamin Xəlilovun cəzası 13 ildən 12 il 9 aya endirilib.

Mənsur Zeynalovun cəzasının 5 ildən 4 il 6 aya endirilməsi barədə qərar qəbul edilib.

Digərlər şəxslərin apellyasiya şikayəti təmin olunmayıb. 

D. Xəlilov barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə D. Xəlilov 13 il müddətində azadlıqdan məhrum edilib.

Təqsirləndirilən Mənsur Zeynalov  5 il, Fərhad Əmiraslanov 4 il, Seyfulla Seyfullayev 5 il müddətinə azadlıqdan məhrum olunub və məhkəmə zalında həbs ediliblər. Şakir Musayev, Ruslan Əsgərov, Rauf Əliyev barəsində 2 il sınaq müddəti təyin edilməklə, şərti cəza verilib.

Bundan başqa, digər təqsirləndirilənlərlə birgə Dünyamin Xəlilovdan fərdi və müştərək qaydada 50 milyon manatdan çox vəsaitin tutularaq dövlət hesabına keçirilməsinə qərar verilib.

Xatırladaq ki, 2015-ci ilin yayından Beynəlxalq Banka kredit borcları olan şəxslərin həbsinə başlanılıb. Bu məsələ ilə bağlı bir çox iş adamı saxlanılıb. "Globus Plaza"nın sahibi olan D. Xəlilov da dələduzluqda təqsirli bilinir. O, ötən ilin fevralında Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı saxlanılaraq, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. D. Xəlilov Cinayət Məcəlləsini 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.

Digər təqsirləndirilən şəxslər isə Fərhad Əmiraslanov, Seyfulla Seyfullayev, Şakir Musayev, Ruslan İsmayılov, Mənsur Zeynalov, Rauf Əliyevdir. Dünyamin Xəlilovdan başqa digərlərinin barələrində həbs qətimkan tədbiri seçilməyib. Onlar ümumilikdə 50 milyon manat mənimsəməkdə təqsirləndirilirlər.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol