• $
  • €
  • ₽
  • ₺
  • £

Habil Vəliyevin məhkəməsi başladı

Habil Vəliyevin məhkəməsi başladı
26.12.2017 15:49
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində reket fəaliyyətində ittiham olunaraq həbs edilən  "Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevin məhkəməsi başlayıb.

"Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Fikrət Qəribovun icraatında olan prosesdə baxış iclası keçirilib.
H.Vəliyev elan edilən ittiham üzrə özünü təqsirli bilmədiyini deyib. Vəkilləri vəsatət verərək onun zərərçəkmişlərdən sonra ifadə verməsini istəyiblər. Məhkəmə vəsatəti təmin edib.

Zərərçəkmişlərdən Asif Bağırov və Ramiz Cəbrayılovun vəkillləri çıxış edərək deyiblər ki, onlara dəyən maddi ziyan ödəndiyi üçün şikayətləri yoxdur.

Daha sonra Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Təcridxanasının rəisinin məhkəməyə göndərdiyi məktub elan edilib. Rəis məktubunda bildirib ki, təcridxanada yer olmadığı üçün H.Vəliyev Penitensiar Xidmətin 1 saylı Bakı İstintaq Təcridxanasına göndərilsin. Müdafiə tərəfi dı bununla razılaşıb və rəisin müraciəti təmin edilib. H.Vəliyev bundan sonra Kürdəxanı qəsəbəsində yerləşən təxridxanaya köçürüləcək.

Proses yanvarın 9- davam etdiriləcək.

DTX-nın yaydığı məlumata görə, ölkədə insanları şantaj edən media orqanlarının rəhbərləri və əməkdaşları ilə bağlı istintaq-əməliyyat tədbirləri nəticəsində "Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev hədə-qorxu ilə tələb etmə cinayəti üzrə məsuliyyətə cəlb edilib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol