• $
  • €
  • ₽
  • ₺
  • £

Lotu Quli tanınmış kriminal avtoritetin klanı ilə birləşmək istəyir

Lotu Quli tanınmış kriminal avtoritetin klanı ilə birləşmək istəyir
26.12.2017 22:08
Azərbaycanlı "qanuni oğru” Nadir Səlifovun (Lotu Quli) İstanbulda 36 yaşlı kriminal avtoritet David Alxanaşvilinin qətlində əli yoxdur,  bu barədə Oxu.az-a kriminal dairələrə yaxın mənbə məlumat verib.

D.Alxanaşvili dekabrın 22-də İstanbul kafelərinin birində öldürülüb.

Bildirilir ki, Alxanaşvilinin azərbaycanlı kriminal avtoritetlərlə heç bir münaqişəsi olmayıb. David uzun müddət Dato Krasnodarski kimi tanınan Ozmanovla düşmənçilik edib. Dato "qanuni oğru” olmasına baxmayaraq, açıq bizneslə məşğul olan azsaylı kriminal avtoritetlərdən biridir. Kriminal ənənələrə əsasən, "düzgün oğru” bizneslə məşğul ola, eləcə də dövlətə işləyə bilməz. 

Mənbənin sözlərinə əsasən, Alxanaşvili Dato və Tariel Oniani klanının münaqişəsinin qurbanı olub. 2011-ci ildə Belçikada Datoya hücum olunub və kriminal avtoritet çoxsaylı bıçaq yarası alıb. Ona sui-qəsddə Roin Uqlava (Mateviç), İrakli Kaliçava (Xutu), Qiya Qurçiani (Svan), həmçinin Akakiy Tuquşi və David Alxanaşvili iştirak ediblər.

Bu hadisədən sonra Tuquşi və Alxanaşvili 2012-ci ildə Dubayda keçirilən "sxodka” zamanı "qanuni oğru” adını alıblar. Elə həmin "sxodka”da Rövşən Lənkəranskinin killeri sayılan Hacıağa Talıbxanlıya (Hacı Beyləqanlı) da "ad” verilib.

Ozmanovun uzun müddət planlaşdırdığı qisas planının ilk qurbanı isə David Alxanaşvili olub.

Bütün bunlardan əlavə yaxın günlərdə Türkiyədə oğruların "sxodkası”nın keçiriləcəyinə dair məlumat var. Məlumata əsasən, azərbaycanlı avtoritetlərlə yanaşı bəzi gürcü oğrularını da öz tərəfinə çəkən Lotu Quli bu "sxodka”da əsas simalardan biri olacaq. Lotu Quli həmçinin Qii Qeorqadzenin klanı ilə birləşməyi planlaşdırır. Sonuncunun nüfuzu Rusiya kriminal aləminin lideri Zaxariya Kalaşovdan (Şakro Molody)  az deyil. 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol