• $
  • €
  • ₽
  • ₺
  • £

Komitə sədri: Dövlət daima dini icmalara dəstək göstərib

Komitə sədri: Dövlət daima dini icmalara dəstək göstərib
27.12.2017 15:15
Dövlət daima dini icmalara dəstək göstərib və bundan sonra da göstəriləcək.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, əgər dövlət dinə, dini icmalara yardım göstərməsə, dini icmaların fəaliyyətində müəyyən problemlər, çətinliklər yarana bilər.

Komitə sədri vurğulayıb ki, Azərbaycan dövlət müstəqilliyini bərpa edəndə cəmi 17 məscid var idi: "Bu gün Azərbaycanda 2240-dan çox məscid var. Son illərdə tikilən məscidlərin sayı kifayət qədərdir, 100-lərlə məscid tikilib. Cənubi Qafqazın ən böyük məscidi olan Heydər Məscidi inşa edilib, Naxçıvanda böyük bir məscidin tikintisi davam edir. Eyni zamanda, yerlərdə yeni məscidlər tikilir, təmir olunur. O cümlədən kilsələr, sinaqoqlar tikilir, dövlət onlara da yardım göstərir. Əgər biz "Din dövlətdən ayrıdır" - yanaşmasına istinad edib, məscidlərə dini icmalara, din xadimlərinə sosial xarakterli yardımlar göstərməsək, müəyyən maddi çətinliklər ortaya çıxa bilər”.

M.Qurbanlı vurğulayıb ki, Prezidentin Ehtiyat Fondundan ayrılan vəsait hesabına bu cür layihələr həyata keçirilir: "Biz bu istiqamətdə işləri davam etdirməliyik. Azərbaycanda dinimizin dövlət tərəfindən himayəsini davam etdirməliyik”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol