• $
  • €
  • ₽
  • ₺
  • £

Məleykə Abbaszadə: Paytaxtda işləyib yaşamaq daha çətindir

Məleykə Abbaszadə: Paytaxtda işləyib yaşamaq daha çətindir
28.12.2017 10:44
Regionların iqtisadi inkişaf proqramlarına əsasən, hər bir rayonda yaşamaq və işləmək üçün lazımi infrastruktur yaradılıb. Lakin nədənsə, ölkəmizdə insanların məhz Bakıda aşağı vəzifədə işləməsi belə ailə-məişət mühitində uğur hesab olunur. Ancaq hamımız bilirik ki, paytaxtda işləyib yaşamaq daha çətindir.

Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, vakant vəzifələr regionlarda yerləşən dövlət orqanlarında olanda insanlar orada işləmək üçün həvəsli olmurlar.

M.Abbaszadə bu sahədə müəyyən çatışmazlıqların müşahidə olunduğunu söyləyib:

"Regionlarda yerləşən dövlət orqanlarında rəhbər vəzifələrə aid vakant yerlər daha çoxdur və rayonlarda da yüksək ixtisaslı kadrlara ehtiyac var. Çox vaxt gənclər valideynlərin himayəsi altında pensiya yaşına qədər yaşamaq istəyirlər. Belə olmamalıdır. Gənclər öz sərbəstliyindən istifadə etməlidirlər. Öz üzərində çalışan hər bir insan regionda əmək fəaliyyətinə başlasa, yaxşı vəzifəyə sahib ola bilər”.

Direktorlar Şurasının sədri əlavə edib ki, dövlət qulluğu ilə bağlı elan olunan vakant yerlər və bu yerlərə qəbul olmaq üçün müsabiqədə uğur qazanan namizədlərin sayı arasında fərq var. Vakant yerlər daha çox, namizədlərin sayı isə azdır:

"Görünən odur ki, insanlarda hələ həmin yerləri tutmaqla bağlı inam yaranmayıb. İnsanlar imtahan prosesindən qorxmamalıdırlar. Onlar öz üzərində işləyib imtahanlarda hər ay iştirak edə bilərlər”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol