• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın tanınmış arxeoloqu dünyasını dəyişdi

Azərbaycanın tanınmış arxeoloqu dünyasını dəyişdi
28.12.2017 12:00
AMEA-nın müxbir üzvü, Arxeologiya və Etnoqrafiya İnstitutunun "Azərbaycanın antik dövr arxeologiyası” şöbəsinin rəhbəri, tarix üzrə elmlər doktoru, professor İlyas Atababa oğlu Babayev uzun sürən xəstəlikdən sonra 82 yaşında vəfat edib.

Trend-in məlumatına görə, İ.Babayev 1935-ci il martın 23-də Quba rayonunun Xanəgah kəndində anadan olub. 1959-cu ildə Azərbaycanın ilk milli arxeoloq kadrlarından olan Saleh Qazıyevin rəhbərliyi ilə yaranmış Qəbələ arxeoloji ekspedisiyasında çöl tədqiqatlarına iştirak edir.

Tarix İnstitutunun arxeologiya şöbəsində çalışan İ.Babayev 1962-ci ildə Leninqrada (Sankt-Peterburqa) aspiranturada oxumağa gedir. SSRİ EA Arxeologiya İnstitutunun Leninqrad bölməsində İ.Babayev dissertasiya işi ilə bağlı tədqiqatlarla yanaşı, Leninqrad Universitetində qədim yunan dili və mədəniyyəti üzrə görkəmli mütəxəssis, professor K.M.Kolobovanın yanında qədim yunan dilini də öyrənir.

İ.Babayev Qafqaz və İranın antik dövr arxeologiyası üzrə dünyada tanınmış mütəxəssislərdən biri idi. O, 270-dən artıq elmi əsərin müəllifi olmuş, dünyanın müxtəlif şəhərlərində (Moskva, Kiyev, Afina, Ankara, Budapeşt, Seul, Geongu, Roma, Tbilisi, Mahaçqala) keçirilən beynəlxalq konqres, simpozium və konfranslarda maraqlı məruzələrlə çıxış edib.

İ.Babayev ali və orta məktəb dərsliklərinin, çoxcildlik "Azərbaycan tarixinin” I-II cildlərinin, "Azərbaycan numizmatikası”nın I cildinin, çoxcildlik "Azərbaycan Ensiklopediyası”nın, "Naxçıvan Ensiklopediyası”nın müəlliflərindən biri olmuşdu.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol