• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda avtobus qəzası: Ölən var

Bakıda avtobus qəzası: Ölən var
28.12.2017 13:15
Paytaxtda marşrut avtobusu ölümlə nəticələnən yol qəzası törədib.

Anews.az lent.az-a istinadən xəbər verir ki, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində (metronun "Nərimanov” stansiyasının yaxınlığı) Kürdəmir sakini Ağadadaş Qasımov idarə etdiyi "Daewoo” markalı, 10 TF 550 dövlət qeydiyyat nişanlı marşrut avtobusu ilə 1951-ci il təvəllüdlü Validə Manaflını vurub. 

Ağır xəsarət alan 66 yaşlı qadın hadisə yerində ölüb.

Qəzanı törədən avtobus 202 saylı marşrut xətti üzrə sərnişindaşıma ilə məşğul olurmuş.

Araşdırmalar zamanı məlum olub ki, sürücünün marşrut avtobusunu idarə etməyə hüquq verən müvafiq kateqoriyalı sürücülük vəsiqəsi olmayıb. Həmçinin hadisəni törədən sürücü ilə onu işə götürən daşıyıcı şirkət arasında əmək müqaviləsinin olmadığı da üzə çıxıb.

O da bildirilir ki, qəzanı törədən sürücü artıq saxlanılıb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol