• $
  • €
  • ₽
  • ₺
  • £

Sərhəddə cinayətkar dəstə zərərsizləşdirildi

Sərhəddə cinayətkar dəstə zərərsizləşdirildi
28.12.2017 23:44
Dövlət Sərhəd Xidmətinin (DSX) keçirdiyi tədbirlər nəticəsində nar­kotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə məşğul olan mütəşəkkil cina­yət­kar dəstə zərərsizləşdirilib.

DSX mətbuat mərkəzindən Oxu.Az-a bildirilib ki, Cəlilabad rayon Edişə kəndindəki sərhəd zastavasının xidməti sahəsində həyata keçirilmiş sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri nəticəsində tamah məqsədilə İran vətəndaşları ilə əlbir olmuş cinayətkar dəstə tərəfindən külli miqdarda ağır tərkibli narkotik vasitələrin İran İslam Respublika­sından Azərbaycan Respublikasına qanunsuz yolla keçirilməsinin qarşısı alınıb.

Əməliyyat zamanı Cəlilabad rayon sakini, 1991-ci il təvəllüdlü Alışov Aqil Həsən oğlu 1 kiloqram həşiş, 7 kiloqram 445 qram tiryək və 5 kiloqram 345 qram heroinlə saxlanılıb.

Cinayətkar dəstənin digər üzvləri sərhədçilərin qanuni tələblərini icra etmədən havanın qaranlıq və relyefin mürəkkəb olmasından isti­fadə edərək hadisə yerindən qaçmağa müvəffəq olublar.

Həmin şəxslərin yaxalan­ması və istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir. 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol