• $
  • €
  • ₽
  • ₺
  • £

Ciddi nöqsana yol verən direktor işdən çıxarıldı

Ciddi nöqsana yol verən direktor işdən çıxarıldı
29.12.2017 17:36
Bakı Şəhəri üzrə Təhsil İdarəsi paytaxtdakı 220 nömrəli məktəb-liseyin ingilis dili müəllimi Rövşən Əzizovun fəaliyyətindəki ciddi nöqsanlara görə aparılmış məktəbdaxili araşdırma nəticəsində işdən azad olunmasına münasibət bildirib.

BŞTİ-dən AzVision.az-a verilən məlumata görə, bir müddət öncə liseyin rəhbərliyi tərəfindən ingilis dili müəllimi Rövşən Əzizovun fəaliyyəti və davranış uyğunsuzluğu ilə bağlı müvafiq daxili araşdırma aparılıb. Müəllimin pedaqoji-metodiki səviyyəsi, ünsiyyət və davranış psixologiyası ətraflı öyrənilib. Eyni zamanda məktəb rəhbərliyi və fənn metodbirləşmə sədri tərəfindən Rövşən Əzizovun dərs dediyi siniflərdə tədrisin səviyyəsi izlənilib və bu barədə müvafiq rəylər müəllimə bildirilib.

"Rəylərdə müəllimin fənn proqramlarına əməl etmədiyi, tədris resurslarından istifadə etməməsi, heç bir standartı şagirdlərə mənimsətmədiyi qeyd edilib. Həmçinin, Rövşən Əzizovun bir neçə dəfə şagirdləri sinifdən çıxararaq kobud şəkildə direktorun və direktor müavinlərinin otağına gətirməsi, şagirdləri sinifdən çıxararkən zorakılıq hallarına yol verməsi (bu barədə müvafiq aktlar və təqdimatlar tərtib olunub) haqqında məlumatlar müvafiq qaydada sənədləşdirilib.

Rövşən Əzizovun özünün də etiraf etdiyi kimi, o, dərs prosesində tez-tez mövzudan kənara çıxaraq şagirdlərlə müəllimin vəzifə funksiyasına aid olmayan söhbətlər aparıb. Bütün bunların "Müəllimlərin etik davranış qaydaları”na və tədris-metodiki tələblərə zidd olması R.Əzizova izah edildikdə o, müəllimin vəzifə səlahiyyətlərini və funksiyalarını tənzimləyən qaydaların tələblərini inkar edərək, müəllimə yaraşmayan çılğınlıqla özünün haqqlı olduğunu sübut etməyə çalışıb".

Məlumatda qeyd edilib ki, R.Əzizov sosial şəbəkələrdə özünə aid səhifədə və "Youtube” video şəbəkəsində özünün yaratdığı "İsrolk” kanalında 220 nömrəli məktəb-liseyin adından dəfələrlə istifadə edərək müxtəlif videolar və yazılar paylaşıb. "Lakin həmin paylaşımlarda təhsilə, şagirdlərin mənəvi-psixoloji inkişafına uyğun olmayan fikirlər və səhnələrin yer aldığı müşahidə edilir. Həmin videoçəkilişlərdə şagirdlərin iştirakı ilə zorakılıq təbliğ edən səhnələrə yer verildiyi, məktəbin və müəllimin funksiyasına aid olmayan fikirlərin və sujetlərin çoxluğu özünü göstərir.

220 nömrəli məktəb-liseyin ingilis dili müəllimi Rövşən Əzizovun fəaliyyətinin təhsil nazirinin 16.05.2014-cü il tarixli 600 nömrəli əmri ilə təsdiq edilmiş "Müəllimlərin etik davranış qaydaları”nın peşakarlıq və fərdi məsuliyyət, loyallıq, qərəzsizlik anlayışlarına (3.3, 3.10, 3.12, 4.5.1, 4.5.3-cü maddələrinə) zidd olmasını, pedaqoji-metodiki vəziyyətini, 220 nömrəli məktəb-liseyin adından və şagirdlərindən istifadə etməklə şəxsi təşəbbüslərini reallaşdırarkən çalışdığı təhsil müəssisəsinin ictimai nüfuzuna zərbə vurduğunu nəzərə alaraq, liseyin direktoru Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndi ilə işdən azad olunması barədə əmr verib.

Onu da qeyd edək ki, fəaliyyətindəki ciddi nöqsanlara görə işdən azad olunmuş R.Əzizov sosial şəbəkələrdə və bəzi media orqanlarında özünə haqq qazandırmağa və məsələni fərqli istiqamətə yönəltməyə çalışır. Bütün bunlar onun öz fəaliyyət və davranış uyğunsuzluğundan diqqət yayındırmaq cəhdi kimi qəbul olunur.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi onu da nəzərə çatdırır ki, müvafiq neqativ hallara qarşı görülən təsirli tədbirlər təhsil müəssisələrində sağlam işgüzar mühitin möhkəmlənməsinə, vətəndaşların təhsil müəssisəsinə və müəllimə olan etimadının artırılmasına, təhsilalanların hüquqlarının müdafiəsinə, eləcə də müəllim nüfuzunun daha da yüksəldilməsi məqsədlərinə xidmət edir".

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol