• $
  • €
  • ₽
  • ₺
  • £

Paşa Qəlbinur və sabiq deputat işdən çıxarıldı

Paşa Qəlbinur və sabiq deputat işdən çıxarıldı
31.12.2017 16:36
Azərbaycan Tibb Universitetinin (ATU) bir neçə kafedra müdiri yeniləri ilə əvəz olunub. Urologiya, Oftalmologiya, Travmatologiya və ortopediya, Uşaq cərrahlığı və bir sıra başqa kafedra müdirlərinin bəziləri artıq vəzifədən uzaqlaşdırılıb.


Siyahının ilk yerlərində 1990-cı ildən ATU-nun Urologiya kafedrasına rəhbərlik edən sabiq deputat, AMEA-nın müxbir üzvü, tibb elmləri doktoru Sudeyif İmamverdiyev qərarlaşıb.


Travmatologiya və ortopediya kafedrasına hazırda travmatoloq-ortoped Əhməd Əhmədzadə rəhbərlik edir. O, 1998-ci ildən kafedra müdiri vəzifəsində işləyir. 


Bu kafedranın rəhbərliyinə tibb elmləri namizədi, məşhur travmatoloq-ortoped Cəfər Nəsirlinin gətiriləcəyi gözlənilir.


1995-ci ildən Uşaq cərrahlığı kafedrasına rəhbərlik edən Çingiz Quliyevin yerinə tibb üzrə fəlsəfə doktoru, tanınmış uşaq cərrahı Ramiz Poluxov təyinat alıb.


Qaynarinfo xəbər verir ki, modern.az-a daxil olan məlumata görə, növbədə Oftomologiya kefdrasının rəhbəri, tanınmış oftomoloq Paşa Qəlbinurdur. Amma 1991-ci ildən etibarən kafedra müdiri kimi fəaliyyət göstərən həkim, vəzifəsindən uzaqlaşmaq istəmir. Kafedradakı mənbənin bildirdiyinə görə, artıq onun məsələsinə baxılıb və vəzifəsindən kənarlaşdırılması ilə bağlı qərar verilib. Qərarla razılaşmayan P.Qəlbinur hətta universitetin rektoru, professor Gəray Gəraybəylinin qəbulunda olub, vəzifədə qalmaq üçün xahiş edib. Amma rektor bu xahişi qəbul etməyib. Oftomoloqa "Struktur dəyişirsə, sən niyə qalmalısan” sualını ünvanlayıb. Hazırda oftomoloqun bir çox instansiyalar vasitəsilə xahiş mesajlarını davam etdirdiyi iddia edilir.


P.Qəlbinur sayta açıqlamasında Universitetdə kadr dəyişikliyi getdiyini təsdiqləyib: "Bəli, doğrudur, bir neçə kafedra müdiri vəzifədən göndərilib, yenilərilə, daha gənc olanlarla əvəzlənib. Amma qeyd edim ki, göndərilənlərin hamısı təqaüd yaşına çatanlardır. Onların hamısı 70, 80, 85, 90 yaşlılardır. Amma bu yaşlarda olub hələ də çalışanlar var. Çünki bacarıqları, qabiliyyətləri var. Azərbaycanda yaş senzi yoxdur”.
 
Tanınmış həkim vəzifədən uzaqlaşmaq niyyətinin olmadığını vurğulayıb: "Mən hazırda Oftomologiya kafedrasının rəhbəriyəm. Təqaüd vaxtım da deyil. Nəyə görə uzaqlaşdırılmalıyam ki? Belə şey yoxdur. Bu barədə yazırlar, amma mənim hələ vəzifədən uzaqlamaq fikrim yoxdur”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol