• $
  • €
  • ₽
  • ₺
  • £

İtkin düşmüş alpinistlərlə bağlı daha bir AÇIQLAMA

İtkin düşmüş alpinistlərlə bağlı daha bir AÇIQLAMA
03.01.2018 11:22
Alpinistlərin axtarışında bu gün hava şəraiti ilə əlaqədar fasilə yaransa da, axtarış qrupları təhlükəsiz yerlərdə düşərgə quraraq qarla müşayiət olunan güclü küləyin səngiməsini gözləyir.

BiG.AZ-ın xəbərinə görə, bu barədə "Reporta”a axtarış prosesində iştirak edən Arzu Mustafayev bildirib.

O deyib ki, hazırda alpinistlərin tapılmasında çətinlik yaradan ən əsas amil onların müraciət edərkən göstərdikləri klassik marşrutdan kənara çıxmalaradır.

"Axtarışlar nəticə vermədiyinə görə tədqiqat aparılıb və məlum olub ki, alpinistlər öz həmkarları ilə telefon danışıqlarında deyiblər ki, müraciətdə göstərdikləri kimi, klassik marşrutla deyil, tamam yeni, bu vaxta qədər keçilməyən 2-3 marşrutla zirvəyə çıxacaqlar. Bu da 20-30 kvadrat kilometr ehtimallar üzərində qurulan ərazi deməkdir və axtarışların çətinləşməsidir. Yəqin ki, Fövqəladə Hallar Nazirliyinin axtarışlara məsul nümayəndəsi də açıqlamasında deyəndə ki, dəqiq məlumat yoxdur elə bunu nəzərdə tutur. Bəli, onlar üzərlərinə götürdükləri marşrutla getməyiblər və problem də bundan ibarətdir”.

O əlavə edib ki , Tufandağ zirvəsinin hündürlüyü 4191 metrdir. Amma 4172 metrdə isə yəni cəmi 19 metr aşağıda Ekologiya Nazirliyinin meteostansiyası qurulub və həmin yerə mütəmadi olaraq nazirliyin meteoroloqları qalxıb - düşür.

"Əgər onlar klassik marşrutla getsəydilər, belə problemin yaranmasına ehtimal da az olardı”.

A.Mustafayevin sözlərinə görə, hazırda yüksəklikdə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri bərabər Ekologiya nazirliyinin 30-dan artıq dağlarla təması olan mütəxəssis və nümayəndəsi var. Hava şəraiti imkan verən kimi axtarışlar birlikdə davam etdiriləcək.
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol