• $
  • €
  • ₽
  • ₺
  • £

Bıçaqlanan idmançının keçmiş müəllimi danışdı

Bıçaqlanan idmançının keçmiş müəllimi danışdı
04.01.2018 12:52
Kempo üzrə Avrasiya çempionu, kikboksinq üzrə respublika çempionu Ceyhun Niyazov bıçaqlanıb.

Anews.az xəbər verir ki, 1994-cü il təvəllüdlü idmançı yaşadığı Ağcabədi rayonunda Cəlil Əsədov tərəfindən hücuma məruz qalıb və ağır yaralanıb. Məlumata görə, hadisə C.Əsədovun idmançının işlətdiyi kafeyə hücum etməsindən sonra baş verib. 

Hadisə dekabrın 27-də baş verib. O, dünən xəstəxanadan evə buraxılıb, amma müalicəsi davam etdirilir.

Məsələ ilə bağlı Azərbaycan Kempo Federasiyasının prezidenti Rauf İbrahimovun fikirlərini öyrəndik. Lakin gözlənilməz reaksiya ilə rastlaşdıq. Belə ki, İbrahimov Niyazovun bıçaqlanmasından saytlar vasitəsilə xəbər tutduğunu bildirdi. Onun sözlərinə görə, Ceyhunla əlaqələr itib:

"Mən onunla bir il çalışmışam. Müəllimi olmuşam. Lakin ilyarımdır ki, onunla heç bir əlaqəm qalmayıb. Buna görə də onun bıçaqlanmasından xəbərim olmayıb. Gərək adamın yanında olasan ki, ondan xəbər tutasan. Mən onun yanında deyiləmsə, haradan bilim ki, onu bıçaqlayıblar. Atanın üzünə qapı çırpmış oğuldan niyə xəbəri olmalıdır ki?”

Şensey Rauf İbrahimov bildirdi ki, Ceyhun Niyazov şəxsən ona qarşı hörmətsizlik etdiyindən onunla əlaqələr də itib:

"Biz onunla əməkdaşlıq etmişik. Bizim federasiyanın 14-ə yaxın bölgədə filialı var. O, Ağcabədidə bizim federasiyanın filialını açmışdı. Kempo üzrə Avrasiya çempionu olduqdan sonra bu adam başladı gah budo ilə, gah da kikboksinqlə məşğul olmağa. Biz də Ağcabədi Gənclər və İdman İdarəsindən xahiş etdik ki, bu filialımız ləğv olunsun. Çünki onun kempoya artıq heç bir aidiyyəti yoxdur. Lakin hələ də həmin filial müstəqil şəkildə fəaliyyət göstərir... Təsəvvür edin ki, mən bir dəfə ona Portuqaliyadakı dünya çempionatına getməyi təklif etdim. Mənə nə desə yaxşıdır?! Deyir ki, Moskvada toyum var. Sənin itirəsi heç nəyin yoxdur. Səfər xərclərini Gənclər və İdman Nazirliyi çəkirdi. Kimə desən ki, dünya çempionatına səni aparıram, qaça-qaça gələr”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol