• $
  • €
  • ₽
  • ₺
  • £

“Bu şəhərdə”nin biletləri müəllimlərə məcburi satılıb

“Bu şəhərdə”nin biletləri müəllimlərə məcburi satılıb
04.01.2018 14:19
"Bu şəhərdə”nin Lənkəranda baş tutan konsert proqramı üçün məktəblərə məcburi bilet satılıb. Bu barədə məlumatı şəhər məktəblərində çalışan bir neçə müəllim sosial şəbəkədə paylaşıb.

"Qafqazinfo”ya adını açıqlamaq istəməyən müəllim xəbərin doğru olduğunu qeyd edib. Bildirib ki, dünən və bu gün baş tutacaq konsertin biletlərinin qiyməti 40 manatdır: "Bütün məktəblərə məcburi olaraq bilet verilib və pul müəllimlərdən yığılır. Bəzi məktəblərə 2, bəzilərinə isə 6 bilet paylanılıb".

Əldə etdiyimiz məlumata görə, təkcə məktəblər deyil, eyni zamanda bağçalara da məcburi bilet satılıb.

Müəllimlər bu işin Lənkəran İcra Hakimiyyəti tərəfindən həyata keçirildiyini bildirib.

"Qafqazinfo” məsələylə bağlı Şəhər Təhsil Şöbəsinin müdiri Aslan İbrahimovla əlaqə saxlayıb. Şöbə müdirinin sözlərinə görə, hər kəs könüllü şəkildə bilet alıb, müəllimlərə məcburi biletin satılması yalan xəbərdir:

"Mən dünən konsertdəydim, bir dənə də olsun boş yer yox idi. O şikayəti yəqin bilet tapa bilməyənlər edir. Müəllimlər, şagird və tələbələr, onların valideynləri sadəcə könüllü şəkildə konsertə bilet alıb. İndi internet əsridir, hər şey sosial şəbəkələrdə yazılır. Bu şəraitdə məcburi bilet satdırmaq olar? Elə bir şey yoxdur”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol