• $
  • €
  • ₽
  • ₺
  • £

General göstəriş verdi, yol polisi hərəkətə keçdi - VİDEO

General göstəriş verdi, yol polisi hərəkətə keçdi - VİDEO
04.01.2018 14:54
Azərbaycanda ilk dəfə olaraq yol polisi rayonlardan Bakıya gələn bütün sərnişin avtobuslarını, eləcə də mikroavtobuslarla istirahətə gedən turistləri müşayiət edib.
 
Anews.az Avtosfer.az-a istinadən xəbər verir ki, yanvarın 3-də istirahət gününün sonuncu günü olduğu üçün yollarda yarana biləcək sıxlığı və təhlükəli vəziyyəti nəzərə alaraq DİN Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalov Yol-Patrul Xidməti Alayına ayrıca göstəriş verib. Göstəriş əsasında hava şəraiti ilə əlaqədar, habelə sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bütün istiqamətlərdə marşrut avtobusları patrul avtomobilləri ilə müşayiət olunublar. 

Qeyd edək ki, belə hallar əvvəllər də baş verib. Lakin bu dəfə yol polisləri kütləvi şəkildə bu işə cəlb olunublar. Yol-Patrul Xidməti Alayının hər bir taqımının şəxsi heyəti öz ərazilərinə daxil olan avtobusları 8-10 maşından ibarət qrup halında müşaiyət edərək növbəti taqıma təhvil verib. Beləliklə, həmin avtobuslar növbəli şəkildə Sumqayıt şəhərinə, eyni zamanda, Bakının girşinə qədər müşaiyət olunub. Qarşıda patrul avtomobili olduğu üçün Bakı-Quba, Bakı-Qazax, Bakı-Şamaxı və Bakı-Astara yolu ilə hərəkət edən avtobuslar eyni sürət rejimində və bir cərgə üzrə tam təhlükəsiz şəkildə sərnişinləri mənzil başına çatdırıblar. Ən böyük yük isə yol polisinin Qaradağ, Saray və Zarat postlarının üzərinə düşüb. Hər iki istiqamətdə gün ərzində 200-dən artıq avtobus və mikroavtobus müşaiyət olunara Bakıya yola salınıb.

Mikroavtobuslarla rayonlara səyahət edən xarici ölkə vətəndaşları, eləcə də yerli turistlər və sərnişinlər yol polisinin bu addımını müsbət qiymətləndiriblər. Elə sürücülər də təhlükəsizlik baxımından müşaiyətlə hərəkəti üstün tutublar. Onlar bilriblər ki, yol polisi onsuz da yollarda onlara hər zaman dəstək olur, kömək edir. Bu dəfə isə tam fərqli formada köməyə gəliblər.

Bir qrup xarici hərbçi qonağın olduğu avtobusu Qubaya qədər YPXA-nın 1-ci taqımının komandiri, mayor Ürfət Şükürov özü müşaiyət edib. Taqım komandiri daha sonra Bakıya gələn 9 avtobusu da müşaiyət edərək Xırdalan dairəsinə çatdırıb.
Yol polisinin gördüyü tədbirlər nəticəsində Bakınin giriş nöqtələrində hər hansı qəza, tıxac və digər xoşagəlməz hal baş verməyib.

Əməkdaşlarımızın DYP-nin Zarat, Qaradağ, Müşfiq postlarının ərazisindən çəkdiyi videoları təqdim edirik:

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol