Nəzarət Palatası attestasiya keçirəcək

Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziyaların verilməsi üçün 2018-ci ilin 08-10 yanvar tarixlərində attestasiya keçirəcək.
Palatadan AzVision.az-a verilən məlumata görə, "Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi” Qaydalarının 4.1-ci bəndi ilə tənzimlənən attestasiyada 15 nəfərin iştirakı planlaşdırılır.
Attestasiyada iştirak etmək üçün iştirakçılar şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























