• $
  • €
  • ₽
  • ₺
  • £

Cocuq Mərcanlıda 166 mina tapılıb

Cocuq Mərcanlıda 166 mina tapılıb
06.01.2018 17:30
Cocuq Mərcanlı kəndində 26 ədəd piyada əleyhinə mina və 140 ədəd tank əleyhinə mina aşkar olunub.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) 2017-ci ilin 12 aylıq fəaliyyətinə dair yekun məlumatında bildirilir.

Bildirilir ki, Agentlik tərəfindən 25 yanvar 2017-ci il tarixindən 3 iyul 2017-ci il tarixinədək Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan təmizləmə əməliyyatları başa çatdırılıb, nəticədə ilkin mərhələdə 50 yaşayış evi, daha sonra 100 yaşayış evinin tikilməsi nəzərdə tutulan ərazi, avtomobil yolu ərazisi və kənd təsərrüfatı üçün nəzərdə tutulan otlaq və əkin sahələri mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənib.

Təmizləmə əməliyyatları 126 gün davam edib, bu müddət ərzində ümümilikdə 4 590 878 kv.m ərazi müxtəlif üsullarla (613 094 kv.m əl ilə, 1 607 140 kv.m mexaniki üsulla, 2 257 644 kv.m minaaxtaran itlərin köməyi ilə və 113 000 kv.m ərazi isə SENSYS dərinlik ölçən cihazı ilə) yoxlanılıb. Nəticədə 74 ədəd partlamamış hərbi sursat (PHS), 26 ədəd piyada əleyhinə mina və 140 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Agentlik tərəfindən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə çəkilməsi nəzərdə tutulan suvarma kanalının keçəcəyi ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatlarına 17 noyabr 2017-ci il tarixində başlanılıb və 32 gün ərzində 11 ədəd partlamamış hərbi sursat (PHS) və 2 ədəd piyada əleyhinə mina aşkar edilib, 511 300 kv.m (51.13 ha) ərazi tam təmizlənib, 236 766 kv.m (23.68 ha) ərazi 20 sm dərinliyində, 180 700 kv.m (18.07 ha) ərazi isə xüsusi mexaniki vasitəsi ilə təmizləmə üçün hazırlanıb və 231 479 kv.m (23.15 ha) ərazi isə FEREX və EBİNGER dərinlik ölçən cihazı ilə yoxlanılıb. (Cəmi: 1 160 245 kv.m (116.02 ha)).

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol