Lotu Quli Moskvada 700 silahlı adamını ayağa qaldırdı

Moskvada xüsusi xidmət orqanları Yeni İl ərəfəsində "qanuni oğrular” Nadir Səlifov (Lotu Quli) və Əziz Batukayevin qruplaşmaları arasında nüfuz dairələrinin bölüşdürülməsinə dair keçirilən "sxodka”nın qarşısını alıblar.
Turkustan.info-nun Oxu.Az-a istinadən xəbərinə görə, bu barədə "Praym Kraym” informasiya agentliyi məlumat yayıb.
İlkin məlumata əsasən, kriminal avtoritetlər arasında üç Moskva bazarına nəzarət üstündə mübahisə yaranıb. Nəşr qeyd edir ki, Lotu Quli Moskvada 700 silahlı adamını ayağa qaldırıb, daha sonra isə qarşı tərəfdən kiçik bir görüş keçirmək barədə təklif alıb. Lakin sonda görüşə müdaxilə edən güc strukturları "sxodka”nın qarşısını alıblar.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























