• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı iş adamı axtarışa verildi

Azərbaycanlı iş adamı axtarışa verildi
08.01.2018 21:22
Azərbaycanlı iş adamı, Peterburqun Krasnoselsk rayonunda yerləşən mağazanın sahibi  müştəriyə ağır bədən xəsarəti yetirib.

Anews.az bu barədə АН "Оперативное прикрытие”yə istinadən xəbər yayıb.

Məlumata görə, ötən gün saat 17:00 radələrində Lenin prospekti, 93 ünvanından 26 saylı şəhər xəstəxanasına 40 yaşlı Peterburq sakini  çatdırılıb. Zərərçəkən  çoxsaylı boyun, döş qəfəsi, qarın boşluğu, bilək nayihələrində çoxsaylı deşici-kəsici yaralarla, bundan başqa, nazik bağırsaq və böyük piylik nayihəsində deşici-kəsici yaralarla xəstəxanaya yerləşdirilib. Xəstənin vəziyyətinin ağır olduğu bildirilir.

Zərərçəkənin sözlərinə görə, həmin gün 15:30 radələrində Marşal Kazakov küçəsi, ev 36 ünvanında yerləşən "Продукты” mağazasında obyekt sahibi ilə arasında mübahisə yaranıb. Mübahisənin gərginləşməsindən sonra 29 yaşlı azərbaycanlı iş adamı kəsilmiş şüşə qırığını əlinə alaraq, müştəriyə çoxsaylı xəsarətlər yetirib və hadisə yerindən qaçıb.

Mağaza video-müşahidə kameraları ilə təchiz olunub, qeydə alınmış videoyazılar müstəntiqlər tərəfindən araşdırılır. İnsidentlə əlaqədar Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsinin 2-ci hissəsi üzrə cinayət işi açılıb. Azərbaycanlı iş adamı axtarışa verilib. Həmin şəxsin Rusiya vətəndaşı olduğu məlum olub. 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol