• $
  • €
  • ₽
  • ₺
  • £

Siqaretə görə cərimələr artırılacaq

Siqaretə görə cərimələr artırılacaq
10.01.2018 16:13
"Mövcud İnzibati Xətalar Məcəlləsində qadağan olunmuş yerdə siqaret çəkməyə görə 30 manat cərimə nəzərdə tutulub. Amma bu mexanizm indiyə kimi işləməyib. Çünki icra mexanizmi olmayıb. Mexanizm olandan sonra cərimələrin məbləği artırılacaq”

Bu barədə AzVision.az-a Milli Məclisin deputatı Musa Quliyev bildirib. Millət vəkilinin sözlərinə görə, nəzarət mexanizmi hazırlanandan sonra İnzibati Xətalar Məcəlləsində əlavə və dəyişikliklər olacaq.

"Prezident İlham Əliyev "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunu imzalayıb. Cənab prezident Nazirlər Kabinetinə tapşırıq verib ki, qanunun icrası ilə bağlı mexanizm hazırlasın və lazımi orqanlar müəyyənləşdirilsin ki, kim nəzarət edəcək və nəzarət mexanizmi necə olacaq. 

3 ay ərzində Nazirlər Kabineti qaydaları və icra mexanizmini hazırlayacaq. Ondan sonra İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər olacaq. Həmçinin cəriməni verən şəxslər arasında differensiyallaşdırma olacaq. Təbii ki, hüquqi, fiziki və vəzifəli şəxslərin məsuliyyəti fərqli olmalıdır. Dünya təcrübəsində də belədir”, - deyə M.Quliyev bildirib.

Millət vəkili qeyd edib ki, siqaret qadağasına hansı qurumun nəzarət edəcəyini indidən demək olmaz: "Bəlkə, bu, bir qurum olmayacaq. Türkiyədə bu sahədə kollektiv şəkildə bir qurum fəaliyyət göstərir. Orada müxtəlif nazirliklərin, bələdiyyələrin və QHT-lərin nümayənələri var. Bizdə isə bu, Nazirlər Kabinetinin hansı forma seçəcəyindən sonra bəlli olacaq”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol