• $
  • €
  • ₽
  • ₺
  • £

Anar Nəcəfli: Qarlı havada sürüşəndə bizi söyürlər

Anar Nəcəfli: Qarlı havada sürüşəndə bizi söyürlər
13.01.2018 11:28
Sürücülər yay şinlərindən qarlı havada istifadə edərək sürüşəndə bizim ünvanımıza təhqiramiz ifadələr işlədirlər.

Bunu anews.az-a "Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Anar Nəcəflinin sözlərinə görə, qış mövsümünə təkcə dövlət qurumları yox, sürücülər də hazır olmalıdır: 

"Bu günlərdə biz inkişaf etmiş ölkələrdə də qarın yağması nəticəsində problemlərin yarandığını görürük. Qarın təmizlənməsi üçün nəzərdə tutulan texnika onun üçündür ki, yolda yarım metr, ya bir metr hündürlüyündə qar yağsa, onu təmizləsin. Amma asfalt üzərində 2-3 sm qar varsa, onu həmin texnika götürə bilmir. İki sm hündürlüyündə qarı götürmək üçün texnika asfaltı zədələməlidir”.

Mətbuat xidmətinin rəhbəri qış şinləri olmayan avtomobillərlə yola çıxmamağı məsləhət görüb: 

"Havanın temperaturu 7 dərəcədən aşağı düşürsə, qış şinlərindən istifadə olmalıdır. Bizdə isə sürücülərin çoxu şinləri dəyişmirlər, yay təkərləri ilə avtomobili qarlı havada idarə edəndə maşın sürüşür”.

Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin qeyri-sabit keçəcəyi ilə bağlı xəbərdarlıq edib. Yanvarın 13-də axşamdan başlayaraq yanvarın 17-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, bəzi yerlərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək. Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol