• $
  • €
  • ₽
  • ₺
  • £

Alpinistlər itən bölgədən bəd xəbər

Alpinistlər itən bölgədən bəd xəbər
15.01.2018 23:03
Bu gecə Şimal bölgəsində müşahidə edilən dondurucu soyuğa baxmayaraq ötən ilin sonu itkin düşən 3 alpinistin axtarışı dayandırılmayıb. İstiPress-in Şimal bürosunun məlumatına görə, ən çox şaxta məhz axtarışların aparıldığı istiqamətlərdə qeydə alınıb. Qubanın Xınalıq kəndində havanın temperaturu -12 dərəcəyə, 15 km aralıda yerləşən Şahdüzü və Tufandağ istiqamətində isə -20 dərəcədən çox düşüb.

Fövqəladə Hallar Nazirliyinin Xaçmazdakı şimal regional mərkəzindən ancaq axtarışların davam etdirildiyi deyilib və əlavə məlumat verilməyib. 

İstiPress-in əldə etdiyi məlumata görə, FHN-nin xilasediciləri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları da hadisə yerindədirlər, axtarışlar dayandırılmayıb. Ərazidə 20 dərəcəyə yaxın şaxta və qatı duman olsa da, hava şəraiti imkan verən kimi axtarışlar davam etdirilir. Axtarışlar olduqca çətin hava şəraitində aparılır, qar uçqunu təhlükəsinin qarşısını almaq üçün xilasedicilər qısa fasilələrlə işə davam etməli olurlar.
 

Məlumata görə, həftəsonu axtarış aparılan əraziyə bir neçə yeni avadanlıq da gətirilib. 

Quba rayonda dağlıq ərazidə itkin düşmüş alpinistlər "Gilavar” idman klubunun üzvləridir. Bunlar 1983-cü il təvəllüdlü Namin Bunyatov, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadədir. Onlardan dekabr ayının 24-dən xəbər yoxdur. 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol