• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət bağçaya gedən uşaqlar üçün xüsusi geyimlər alacaq

Dövlət bağçaya gedən uşaqlar üçün xüsusi geyimlər alacaq
16.01.2018 11:13
Nazirlər Kabineti "Dövlət məktəbəqədər təhsil müəssisəsini maliyyələşdirmə normativləri”ni təsdiq edib.

Trend-in məlumatına görə, dövlət məktəbəqədər təhsil müəssisələrinin növbəti maliyyə ili üçün xərc növləri üzrə maliyyələşdirmə normativlərinin həddinin formalaşması qanunla müəyyən edilən müdafiə olunan xərc maddələri istisna olmaqla, cari ildə bu sahəyə ayrılan faktiki büdcə təxsisatlarının həddindən asılı olaraq müəyyənləşdirilir. Xərclər "Ştatda olan işçilərin əməkhaqqı” və "Əməyin ödənişi ilə bağlı sair pul ödənişləri”, "Əməkhaqqına üstəlik” xərc normativinin hesablanması, "Dəftərxana və təsərrüfat” xərcləri üzrə normativinin hesablanması, "Mətbəə xərcləri” xərc normativinin hesablanması və s. üzrə aparılır.

Normativlərdə qeyd edilir ki, dövlət məktəbəqədər təhsil müəssisələrində məskunlaşmış məcburi köçkünlər tərəfindən istehlak olunan kommunal xidmətlərin haqları müəyyən edilmiş qaydada ödənilir (məcburi köçkünlərin öz vəsaitləri hesabına və ya Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi üçün bu məqsədlə dövlət büdcəsindən ayrılmış vəsait hesabına).

Normativlərə görə, "Yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin alınması” xərc normativinin hesablanması üzrə xərc normativinə paltar və geyimlərin alınması, həmçinin ayaqqabıların, yataq ləvazimatlarının və dəyişəyin alınması, təmiri və tikilməsi ilə bağlı xərclər daxildir.

"Əmək qabiliyyətini müvəqqəti itirməyə görə verilən müavinətlər və digər müavinət, təqaüd və transfertlər” xərc normativinə müvəqqəti əmək qabiliyyətini itirməyə görə işçilərə ilk 14 gün üçün işəgötürənin vəsaiti hesabına ödənilən müavinətlər üzrə xərclər daxildir. Bu zaman hesablama əvvəlki ilin faktiki icra məbləği əsas götürülməklə aparılır.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol