• $
  • €
  • ₽
  • ₺
  • £

Fazil Məmmədovun Ukraynada mülkləri üzə çıxdı - FOTO

Fazil Məmmədovun Ukraynada mülkləri üzə çıxdı - FOTO
17.01.2018 09:55
Sabiq vergilər naziri Fazil Məmmədovun ölkədən çıxardığı 4 milyard yarımlıq "qara pul” qaçaqçılığına görə təftiş aparılır.

"Qafqazinfo” xəbər verir ki, bu haqda məlumatı musavat.com yayıb. Sayt yazır ki, sabiq nazirin kurort məkanları ilə tanınan ölkələrdən bir çoxunda biznesləri müəyyən edilib. Belə xəbərlər var ki, Fazil Məmmədov Azərbaycan iqtisadiyyatına yönəlməli olan milyardları xarici ölkələrdə öz biznes şəbəkəsini yaratmağa sərf edib. Belə ölkələrdən biri də Ukraynadır. Fazil Məmmədovun Ukrayna paytaxtında 5 ulduzlu hoteli, siqaret, təkər zavodu və böyük bazarı var.

Hotel Kiyevin mərkəzində, "11 Mirrors Design Hotel” adlanır. Burada 1 sutkalıq nömrə icarəsi 220 avrodan başlayır.  Bir qədər aralıda, Puşkin küçəsindəki "Vladimirski” bazarı da Azərbaycanın  sabiq vergilər nazirinin böyük biznesinin kiçik bir parçasıdır. Kiyevdəki bazarlar arasında böyüklüyünə görə ilk üçlükdə olan bu bazarda paltar və meyvə-tərəvəz satılır. Kiyevin ən bahalı bazarı hesab olunur. Ukraynadakı təkər zavodunun 49 faizi, Xarkov siqaret zavodunun səhmlərinin 41 faizi sabiq nazirə məxsusdur. 

Sabiq nazirin Ukraynanın kurort şəhəri Turskovetsdə olduqca lüks hoteli var. Həmin hotel "Mir” adlanır. Bu haqda bildirən mənbənin sözlərinə görə, "Mir Rezort Spa” öz dəbdəbəsi ilə sözün həqiqi mənasında "göz qamaşdırır”. Truskovetsin ən yaxşı hotellərindən hesab olunan "Mir” hoteli həm istirahət, həm də müalicə məqsədi ilə nəzərdə tutulub.  Dünya kurort turizminin məşhur ünvanlarından sayılan Truskovetsə gələnlərin xeyli hissəsi məhz bu hotelə üz tutur. Nazirin hotelində ən müxtəlif kateqoriyadan nömrələr var. Bu nömrələr arasında "Presidential suite” ("Prezident stili”) kateqoriyasından olanlar xüsusi diqqət çəkir. Hotelin ölçücə ən böyük olan bu nömrəsi 126 kvadratmetrdir.
 



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol