• $
  • €
  • ₽
  • ₺
  • £

“Bağçalarda qiymətləri qanun müəyyən etmir” - Komitə sədri

“Bağçalarda qiymətləri qanun müəyyən etmir” - Komitə sədri
17.01.2018 15:45
"Bağçalarda qiymətləri qanun müəyyən etmir. Qiymət bazar münasibətlərinə uyğun olaraq tələb-təklif, məktəbəqədər təhsil müəssisələrinin imkanlarına əsasən müəyyən olunur”.

Bu barədə AzVision.az-a Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib. Onun sözlərinə görə, bəzi bağçalarda süni qiymət artımlarına rast gəlinir. 

"Müvafiq icra hakimiyyəti orqanları tərəfindən həmin bağçalar yoxlanılır, Təhsil Nazirliyi tərəfindən müəyyən qədər onlara nəzarət olunur. Süni qiymət artımına qarşı mübarizə hamımızın işidir. Qanunda yüksək qiymət normaları müəyyən olunmayıb. Bunu fərdi qaydada hər bir bağça özü müəyyən edir. Hesab edirəm ki, bu, doğru deyil. Qiymətlər əmək bazarının tələbatına uyğun olmalıdır ki, əhalinin bütün təbəqəsi özəl bağçalardan istifadə edə bilsin”. 

Komitə sədri bildirib ki, "Məktəbəqədər təhsil haqqında” qanun işləyir və bu, sistemin inkişafına böyük kömək olur: "Ölkə başçısı İlham Əliyevin müəyyən etdiyi strategiya əsasında həm paytaxt ərazisində, həm də regionlarda məktəbəqədər təhsil müəssisələri istifadəyə verilir. Prezidentin tapşırığına əsasən, Bakıda tikilən çoxmərtəbli binaların hamısının birinci mərtəbəsində bağçaların açılması planlaşdırılır. Bu, o deməkdir ki, bundan sonra Bakı ərazisində tikiləcək çoxmərtəbli binaların birinci mərtəbəsində bağçanın olması mütləqdir. Həmçinin ölkə üzrə məktəbəqədər təhsil sahəsində hazırlıq qruplarının yaradılması həyata keçirilir. Bundan əlavə, ölkə başçısı bu günlərdə "Məktəbəqədər təhsil haqqında” qanunun müddəalarının həyata keçirilməsinin maliyyələşməsi mexanizmlərini imzalayıb. Bu istiqamətdə yeni proqramların həyata keçirilməsinə şərait yaradılıb”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol