• $
  • €
  • ₽
  • ₺
  • £

Vasif Talıbov yeni mərkəzi istifadəyə verdi

Vasif Talıbov yeni mərkəzi istifadəyə verdi
29.05.2020 11:43
Naxçıvan Dövlət Universitetinin Distant Təhsil Mərkəzi istifadəyə verilib.

AzVision.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib. Naxçıvan Dövlət Universitetinin Xarici tələbələrlə iş üzrə dekan müavini, elektron təhsil portalının adminstratoru Hüseyn Qasımov distant təhsil proqramı haqqında məlumat verib.

Qeyd olunub ki, Naxçıvan Dövlət Universitetində distant formada təhsil almaq istəyən xarici tələbələr universitetin ndu.edu.az saytına müraciət edərək "Distant təhsil” bölməsinə daxil olmalıdırlar. Tələbələr burada distant təhsil haqqında məlumatlar və qəbul qaydaları ilə tanış olduqdan sonra tələb olunan sənədləri elektron formada universitetə göndərməlidirlər. Müraciət qəbul olunduqdan sonra tələbənin elektron poçtuna müvafiq məlumat göndərilir, qeydiyyatdan keçən hər bir tələbəyə proqram tərəfindən fərdi identifikasiya nömrəsi verilir və ona şəxsi kabinet ayrılır. Bu da tələbələrə məzun olduqdan sonra da öz istifadəçi adı və şifrəsi ilə sistemə daxil olmasına və təhsil sənədlərini əldə etməsinə imkan verəcəkdir.

Bildirilib ki, mərkəz Xarici tələbələrlə iş üzrə dekanlığın nəzdində fəaliyyət göstərir. Mərkəzdə auditoriya yaradılıb, 1 noutbuk, 2 kompüter, tribuna və proyektor quraşdırılıb. Distant təhsil üzrə tələbə qəbulunun aparılması, dərslərin yazılması, tədrisin idarə olunması ilə bağlı işçi qrupu yaradılıb, işçi qrupun üzvləri Türkiyənin ƏrzurumAtatürk Universitetində və Ankara Qazi Universitetində təcrübədə olublar. İlkin mərhələdə xarici dil müəllimliyinin ingilis, fransız, alman və rus dilləri olmaqla 4 ixtisas üzrə distant təhsilin aparılması nəzərdə tutulur.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol