• $
  • €
  • ₽
  • ₺
  • £

Ən fəal deputatlar müəyyən olundu

Ən fəal deputatlar müəyyən olundu
18.01.2018 12:29
Parlament Jurnalistləri Birliyi (PJB) beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2017-ci ildəki fəaliyyətinin qiymətləndirilməsi üçün birlik üzvləri-parlamentdə akkreditasiya olunmuş jurnalistlər arasında rəy sorğusu keçirib.

PJB-nin sədr müavini Aqil Aslanın Trend-ə verdiyi məlumata görə, sorğu 4 nominasiya üzrə aparılıb.

Sorğu nəticəsində Milli Məclisin 2017-ci ildəki fəaliyyəti dövründə plenar iclaslarda cari və gündəlikdə duran məsələlərin müzakirəsində ən fəal iştirak edən deputatlar, seçici hüquqlarını müdafiə edən ən fəal deputatlar, ölkəmizi beynəlxalq təşkilatlarda təmsil edən ən fəal deputatlar, qanunvericilik təşəbüsü ilə çıxış edən ən fəal deputatlar müəyyənləşib.

Milli Məclisin deputatları Siyavuş Novruzov, Qüdrət Həsənquliyev, Fazil Mustafa, Məlahət İbrahimqızı, Zahid Oruc, Əflatun Amaşov və Tahir Kərimli Milli Məclisin 2017-ci ildəki fəaliyyəti dövründə plenar iclaslarda cari və gündəlikdə duran məsələlərin müzakirəsində fəal iştirak edən deputat nominasiyası üzrə qalib olublar.

Seçici hüquqlarını müdafiə edən ən fəal deputatlar siyahısında Qənirə Paşayeva, Yevda Abramov, Çingiz Qənizadə və Flora Qasımova yer alıb.

Ölkəmizi beynəlxalq təşkilatlarda təmsil edən ən fəal deputatlar adını isə Fuad Muradov, Bahar Muradova, Ziyafət Əsgərov, Cavanşir Feyziyev, Azay Quliyev, Tahir Mirkişili, Eldar Quliyev və Sahibə Qafarova qazanıb.

Qanunvericlik təşəbbüsü ilə çıxış edən deputatlardan Vahid Əhmədov, Əli Məsimli və Musa Quliyev digər həmkarlarından fərqlənərək bu nominasiyanın qalibi olublar.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol