• $
  • €
  • ₽
  • ₺
  • £

Abid Şərifov itkin düşən alpinistlərdən danışdı

Abid Şərifov itkin düşən alpinistlərdən danışdı
18.01.2018 15:11
Azərbaycanın Baş nazirinin müavini Abid Şərifov dekabrın 23-də Tufandağ ətrafına səfər edən zaman itkin düşən 3 nəfər azərbaycanlı alpinistin axtarış işləri ilə bağlı vəziyyəti qiymətləndirib.

Anews.az xəbər verir ki, A.Şərifov "Ölkə.Az”a müsahibəsində itkiş düşmüş alpinistlərin tapılması ilə bağlı ölkə başçısı tərəfindən müvafiq tapşırıqlar verildiyini deyib:

"Alpinistlərin tapılması üçün xarici ölkələrdən, o cümlədən qardaş Türkiyədən mütəxəssislər gətirilib, axtarış işlərinə helikopterlər cəlb olunub və sairə. Bütün bunlar böyük xərc tələb etsə də, dövlətimiz bu məsələni diqqətdə saxlayır. Həm cənab Prezident, həm də hökumətimiz çalışır ki, itən alpinistlər tezliklə tapılsın. Hər kəs də bunu istəyir. Şübhəsiz ki, bu məsələ bilavasitə cənab prezidentin nəzarətindədir. Cənab Prezidentin göstərişi və razılığı olmadan, Fövqəladə Hallar Nazirliyi xaricdən özbaşına mütəxəssis dəvət etməz. Ona görə də bütün müvafiq qurumlar alpinistlərin tapılması üçün gecə-gündüz çalışırlar”. 

Baş nazirin müavini alpinistlərin axtarışları ilə bağlı bir sıra şəxslərin irad və tənqidi fikirlər səsləndirməsini də şərh edib:
"Bu cür yanaşma heç bir xarici dövlətlərdə yoxdur. Digər dövlətlərdə hər hansı hadisə baş verən zaman dövlət qurumları 2-3 gün axtarış apardıqdan sonra işi dayandırır. Amma Azərbaycanda belə yanaşma yoxdur. Cənab Prezidentin göstərişi ilə 20 gündən çoxdur ki, axtarış işləri davam etdirilir. Özü də çox çətin, qarlı, tufanlı şəraitdə işlər aparılır. Bu məsələdə hökumətin qınanmasına gəldikdə isə, hər bir adam nəyisə irad tuta bilər. Amma irad tutan o adamın buna haqqı var ki, həmin şəxs düzgün təklif versin. Həmin adam bizdən çox bilirsə, düzgün təklif verib desin ki, siz doğru iş görmürsünüz, əslində bu cür etmək lazımdır və sairə. Həmin adamlar gəlib yerindəcə vəziyyətlə tanış olsa, görəcək ki, mütəxəssislər neçə müddətdir gecə-gündüz qarda, çovğunda axtarış işlərini həyata keçirirlər. İrad tutanların daha ağıllı fikirləri, təklifləıri varsa, gəlib söyləsinlər, biz də onu edək. Yoxsa boş-boş irad tutmağa nə var!”. 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol