Bakıda məşhur banka basqın edildi

"Turanbank”ın Bakıdakı filiallarından birinə basqın olub.
Report-un xəbərinə görə, hadisə bankın Nizami küçəsi-53 ünvanında yerləşən Yasamal filialında qeydə alınıb.
Məlumata görə, əlində kəsici alət olan naməlum şəxs filialın kassasına yaxınlaşaraq kassirdən hədə-qorxu ilə pul tələb edib.
Hadisə yerinin yaxınlığında olan polis əməkdaşları həmin şəxsi yaxalayıb.
Fakt üzrə araşdırmalar davam etdirilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























