• $
  • €
  • ₽
  • ₺
  • £

Abid Şərifov öz oğlundan danışdı

Abid Şərifov öz oğlundan danışdı
19.01.2018 10:34
"Bu gün Azərbaycanda kifayət qədər yüksək savadı olan imkansız ailələrin övladları da var. Əgər mən onun müdiriyəmsə, vəzifəm və qeyrətim varsa, o zaman həmin gəncin imkanına deyil, savadına baxmalıyam”. 

Anews.az xəbər verir ki, bunu ölkə.az-a müsahibəsində baş nazirin müavini Abid Şərifov deyib. O, bildirib ki, əgər bu gün biz halallıqdan danışırıqsa və hansısa vəzifəli işə götürdüyü 10 nəfərdən 5-i öz qohumudursa, heç olmasa digər 5-ni də savadı, qanacağı və bacarığı olan adamları götürməlidir: "Bunu edəndə isə kadr hazırlığı mümkün olur. Kadr hazırlığından da çətin sahə yoxdur. Bəlkə də ən ağır sahədir. Çünki bu gün həyatımıza daxil olan internet, sosial şəbəkələr, xarici kinolar və sairə cavanların elmə, kitaba olan meylini azaldıb. Kütləvi informasiya vasitələri bunun qarşısını almaq üçün güclü təbliğat aparmalıdır.

Bəzən misal çəkirlər ki, övladlarımızın tərbiyəsini zəmanə dəyişir və sairə. Bu boş söhbətdir. Necə olur ki, eyni zəmanədə yaşayan Əlinin balası ağıllı, qanacaqlı, mərifətli, Vəlinin balası isə narkoman olur? Həmin narkoman isə belində silah gəzdirərək, avtomobili saatda 200 km/saat sürətlə idarə edir? Əgər zəmanə edirsə, niyə biri yaxşı, biri pis olur? Deməli, hər şey ailədə verilən tərbiyədən, münasibətdən asılıdır. Tərbiyə də 5 dəqiqəliklə olmur. Gərək övladı anadan olan gündən böyüyənədək tərbiyə etmək lazımdır. Kimsə mənim övladımın, yaxın qohumlarımın haradasa tərbiyəsizlik, yekəbaşlıq etməsi ilə bağlı bir kəlimə eşidə bilər? Xeyr, bu qeyri-mümkündür. Heç kəs mənim övladımın xuliqanlıq etdiyini görə və ya deyə bilməz. Amma digərləri ilə bağlı o qədər var. Gərək övladını vaxtında düzgün tərbiyə edəsən. Övladı yaxşı tərbiyyə etməkdən isə vacib nəsə ola bilməz. Kimin tərbiyəsi varsa, gec-tez onun çörəyi, imkanı olacaq. Bu mənim şəxsi fikirlərimdir”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol