• $
  • €
  • ₽
  • ₺
  • £

Sürücüləri çaşdıran işıqfor

Sürücüləri çaşdıran işıqfor
19.01.2018 16:01
Nizami rayonu, Qara Qarayev prospektində 2 işıqfordakı rəqəmli tablolar bir müddətdir sürücülərdə çaşqınlıq yaradır.

Bu barədə Axar.az-a məlumat verən sürücülər bildiriblər ki, rəqəmli işıqforlarda geri sayım 1-ə qədər öz axarı ilə gedir, 1-ə çatandan sonra isə yaşıl işığın yanması üçün növbəti rəqəmlər gəlmir. Arada əlavə olaraq 4-5 saniyə fasilə yaranır və daha sonra işıqforun növbəti rəqəmləri görünür.

Bu isə sürücülərdə çaşqınlıq yaradır. Bir çox sürücü qırmızı işığın sonuncu 1 rəqəmindən sonra dərhal sıfıra keçəcəyini düşünüb hərəkətə başlayır. Qırmızı işıq isə yaşıla keçmir. Belə olduğu məqamda sürücülər yanlışlığa yol verir. Faktiki olaraq işıqforun normal qaydada işləməməsi sürücüləri qayda pozmağa məcbur edir.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən hüquqşünas, yol-hərəkəti üzrə ekspert Ərşad Hüseynov bildirib ki, bu həmin işıqforun mexanizmində olan səhvlik və problemlə əlaqədar ola bilər. Hüquqşünas təklif edir ki, bu halla qarşılaşmış sürücülər Dövlət Yol Polisi İdarəsinə müraciət etsinlər. Problem dərhal həll ediləcək.

Ə.Hüseynov bildirib ki, belə məqamlarda rəqəmli işıqforun rəqəmlərinə deyil, rənglərinə diqqət edilməlidir:

"Geriyə sayım rəqəmlərinə deyil, işıqforun əsas işıq bölmələrinə baxılmalıdır. İşıqforun 3 işığı var – qırmızı, yaşıl, sarı. Yaşıl işıq yanıbsa, avtomobil irəliləməlidir. Qırmızı işıq yanıbsa, durmalıdır. Rəqəmlərdə texniki problem, gecikmə ola bilər. Sürücü rəqəmə deyil, rənglərə baxsın. Əgər yaşıl işıq yanmayıbsa və sürücü hərəkət edirsə, bu, açıq-aşkar qayda pozuntusudur. Cərimə yazıla bilər”.

Hüquqşünas bildirib ki, rəqəm yansa da, yanmasa da, donub qalsa da yolda hərəkəti işıqforun rəngləri tənzimləyir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol