• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda vərəmlə bağlı ilk

Azərbaycanda vərəmlə bağlı ilk
19.01.2018 17:35
Elmi-tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu "Azərbaycan Respublikasında ağciyər vərəmi olan xəstələrdə vərəm mikobakteriyası ştamlarının molekulyar-genetik mutasiyalarının tədqiqi” layihəsi Prezident yanında Elmin İnkişafı Fondunun kompleks elmi-tədqiqat proqramları üzrə qrant müsabiqəsinin (EİF-KETPL-2015-1(25)) qalib layihələrinin siyahısına daxil edilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, layihə çərçivəsində aparılacaq tədqiqatın məqsədi - Azərbaycanın müxtəlif regionlarında ağciyər vərəmi olan xəstələrdə rast gəlinən vərəm mikobakteriya ştamlarının molekulyar genetik spesifikliyinin tədqiqidir.

Layihə çərçivəsində 2017-ci ilin aprel ayından elmi işlər başlanıb və davam etdirilir. Layihənin icrasında Elmi Tədqiqat Ağciyər Xəstəlikləri institutunun elmi işçiləri iştirak edirlər. Fəaliyyət çərçivəsində bir sıra istiqamətlər üzrə fəaliyyətlər, o cümlədən, Azərbaycan ərazisində rast gəlinən vərəm ştamlarının molekulyar-genetik tədqiqi, ölkədə rast gəlinən vərəm ştamlarının izolyantları muzeyinin yaradılması, vərəm mikobakteriyalarının genetik mutasiya xüsusiyyətləri və yayılma intensivliyi, həmçinin dərmanlara davamlılıq spektri göstərilməklə ilk epidemioloji xəritənin tərtibi, vərəm infeksiyasının dərmanlara davamlı formalarının erkən aşkarlanması və vərəmin diaqnostik alqoritminin təkmilləşdirilməsi üçün tövsiyyələrin hazırlanması və s. nəzərdə tutulub.

Azərbaycanın müxtəlif regionlarında ağciyər vərəmi olan xəstələrdə vərəm mikobakteriya ştamlarının molekulyar genetik spesifikliyinin tədqiqi vasitəsi ilə erkən diaqnostika və epidemioloji nəzarət tədbirlərinin təkmilləşdirilməsi layihənin əsas elimi tədqiqat ideyasıdır.

Azərbaycanın müxtəlif regionlarında ağciyər vərəmi olan xəstələrdə vərəm mikobakteriya ştamlarının molekulyar genetik spesifikliyinin tədqiqi vasitəsi ilə erkən diaqnostika və epidemioloji nəzarət tədbirlərinin təkmilləşdirilməsi layihənin əsas məqsədidir.

Layihənin vəzifələri sırasına, Azərbaycan ərazisində rast gəlinən vərəm ştamlarının molekulyar-genetik tədqiqi vasitəsi ilə ölkə üçün spesifik genotipik və mutasiya xüsusiyyətlərin öyrənilməsi, laborator tədqiqatların nəticələrinin analitik təhlili məqsədilə ölkə üzrə məlumat bazasının yaradılması, məlumatların müxtəlif statistik təhlil proqramları vasitəsi ilə analizi və s. daxildir.

Layihənin əsas elmi ideyası Azərbaycan ərazisində ağciyər vərəmi olan xəstələrdə vərəm mikobakteriya ştamlarının genetik xüsusiyyətlərinin tədqiqi və dərmanlara davamlılıq formalaşmış ştamlarının genetik mutasiya xassələrinin öyrənilməsidir. Bu tədqiqatlar nəticəsində əldə olunmuş məlumatlar və laborator nümunələr ölkədə ilk dəfə olaraq vərəm mikobakteriyalarının dərmanlara davamlılıq və genotipik xüsusiyyətləri nəzərə alınmaqla, ölkə üçün ilk epidemioloji xəritənin tərtibi üçün istifadə olunacaq və ölkə ərazisində vərəmə dair epidemioloji nəzarət tədbirlərinin səmərəliliyini artırmağa imkan verəcək.

Tədqiqat nəticəsində əldə olunacaq göstəricilər ölkədə vərəm infeksiyasının genotipi və genetik mutasiya xassələrini öyrənərək, epidemioloji təhlükəsizlik tədbirlərin təkmilləşdirilməsinə xidmət edəcək. Eyni zamanda, vərəm mikobakteriya ştamlarının konkret regional areala xas genetik mutasiaylara dair məlumatlara əsaslanan ilk epidemioloji xəritənin yaradılması, ölkədə vərəmin profilaktikası və erkən diaqnostikası, həmçinin epidemioloji salamatlılığı üçün böyük əhəmiyyət kəsb edəcək.

Tədqiqat müddətində aparılacaq laborator müayinələrin müqayisəli təhlili müxtəlif test sisteminin etibarlılıq və effektivliyini müəyyən etməyə imkan verəcək. Vərəm infeksiyasının dərmanlara davamlı formalarının erkən aşkarlanması və vərəmin diaqnostik alqoritminin təkmilləşdirilməsi üçün tövsiyyələrin hazırlanması və ölkə üzrə vərəm infeksiyasına epidemioloji nəzarət sisteminin təkmilləşdirilməsi üçün tövsiyyələrin hazırlanması ölkədə vərəmə nəzarət fəaliyyətlərinin səmərililiyini artırmaq üçün əhəmiyyətli rol oynayacaq.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol