• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda keçmiş məhbus polislərə hücum etdi

Bakıda keçmiş məhbus polislərə hücum etdi
23.01.2018 17:15
Paytaxtda keçmiş məhbus Nizami Rayon Polis Bölməsinin əməkdaşlarına hücum edərək, formalarını cırıb.

Anews.az xəbər verir ki, asayiş keşikçilərinin üzərinə bıçaqla hücum edən şəxsin əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177 (qarət) və 234-cü (narkotik vasitələri qanunsuz istehsal etmə, saxlama, daşıma, satma) maddələri ilə məhkumluğu olan 1972-ci il təvəllüdlü Məmmədov Vaqif Əbdülxalıq oğlu olduğu müəyyən edilib.  

İnsident şənbə günü Məmmədovun Naxçıvanski küçəsində yerləşən mənzilində baş verib.

Məmmədovun həyat yoldaşı Sevda Məmmədova polisə zəng vuraraq, ərinin evə sərxoş vəziyyətdə gəldiyindən və dava saldığından  şikayət edib. Hadisə yerinə gələn polis (çevik polis alayının) əməkdaşları Ruslan Əliyev və Asif Məmmədov silahlı müqavimətlə üzləşib.

Məmmədov bıçağı əlinə alaraq əməliyyatçılara hədə-qorxu gəlib.

Polis əməkdaşlarının onu zərərsizləşdirməsi o qədər də asan başa gəlməyib. Keçmiş məhbus polisin üzərində olan formaları tanınmaz hala salıb.

Formaya ziyan vurduğuna görə Məmmədov cavab verməli olacaq. Belə ki, ona qarşı təkcə xuliqanlıq deyil, eyni zamanda, polis əməkdaşlarına müqavimət ittihamı ilə cinayət işi açılıb.

Fakt üzrə istintaq aparılır.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol