• $
  • €
  • ₽
  • ₺
  • £

Ən çox ölümə səbəb olan xəstəlik - Səbəb açıqlandı

Ən çox ölümə səbəb olan xəstəlik - Səbəb açıqlandı
23.01.2018 22:42
Milli Məclisin deputatı, kardioloq cərrah Rəşad Mahmudov 2017-ci ildə Azərbaycanda əhali arasında ölümlərin əsas səbəbinin ürək-damar sistemi xəstəlikləri olduğunu bildirib. Həkim-deputat deyib ki, ölkəmizdə 57.8 faiz insan ürək çatışmazlığından dünyasını dəyişib.

Səhiyyə Nazirliyinin baş kardioloqu, professor Faiq Quliyev deputatın çıxışı ilə bağlı AzVision.az-a bildirib ki, ürək-damar sistemi xəstəliklərindən ölüm halları Avropa ölkələri, ABŞ-da ilk yeri tutur. Onun sözlərinə görə, bu xəstəliklərdən ölüm faktı təkcə Azərbaycanda deyil, digər ölkələrdə də qeydə alınır.

"Bütün dünyada belə tendensiya var. Burada ürək problemi ilə ürək-damar sistemi xəstəliklərini eyniləşdirmək olmaz. Ürək-damar sistemi xəstəliklərinə infarkt, beyin qan sızmaları, insult və digərləri aiddir”. 

F.Quliyev hesab edir ki, ürək-damar sistemi xəstəliklərinin artmasının əsas səbəbi düzgün qidalanmamaq, metobolik sindromun əmələ gəlməsi, şəkərli diabet, arterial təzyiqin olması, daimi stress vəziyyətində olmaqdır: "Bütün bunlar son anda şəkərin, arterial təzyiqin artmasına səbəb olur. Axırda isə ürək-damar sistemi fəsadlarına, xəstələnməyə və ölümə gətirib çıxarır”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol