Nikah müqaviləsi məcburi olsun! - TƏKLİF

Azərbaycanda nikah müqaviləsinin məcburiləşdirilməsi təklif edilir.
Trend-in məlumatına görə, bu təkliflə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Sədaqət Vəliyeva komitənin bu gün keçirilən iclasında çıxış edib.
O, bununla bağlı Ailə Məcəlləsinə dəyişiklik edilməsini və nikah müqaviləsinin məcburiləşdirilməsini təklif edib.
S.Vəliyeva deyib ki, bu müqavilə məcburi olarsa, boşanmaların sayı azalar: "Azərbaycanda boşanmaların sayı çoxalıb. Bunun səbəbi məsuliyyətin olmamasıdır. Nikah müqaviləsi məcburiləşdirilməlidir. Burada könüllülük olmamalıdır. Bu müqavilə olmadıqda boşanmaların sayı getdikcə artır. Belə olan halda da uşaqları anaları saxlayır. Bəzən də uşağı tərəflərin heç biri saxlamır”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























