• $
  • €
  • ₽
  • ₺
  • £

Burada siqaret çəkənlər cərimələnə bilməz - Deputat

Burada siqaret çəkənlər cərimələnə bilməz - Deputat
25.01.2018 12:42
Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında qanun artıq qəbul olunub, lakin onun tətbiqi ilə bağlı mexanizmlər hazır olana qədər heç kim cərimələnə bilməz.

Bu sözləri Qaynarinfo.az-a Millət vəkili Musa Quliyev söyləyib.

"Prezident artıq sözügedən qanunun qüvvəyə minməsi ilə bağlı fərman imzalayıb və Nazirlər Kabinetinə 3 ay müddətində qapalı məkanlarda siqaret çəkilməsinə nəzarət mexanizminin hazırlanması ilə bağlı göstəriş verib. Ondan sonra İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər olacaq və cərimələrin məbləğləri müəyyənləşdiriləcək. Qanun prinsipcə işləyir, lakin sözügedən maddə isə 3 aydan sonra tətbiq ediləcək.

Bütövlükdə qanun təkcə qapalı yerlərdə siqaret çəkilməsinə qarşı yönəlməyib, eyni zamanda profilaktika, marifləndirmə tədbirləri, KİV-də tütün məmulatlarının təbliğatının aparılmaması və s. də burada öz əksini tapıb. Amma sözügedən maddə dediyim kimi, mart ayında, Nazirlər Kabinetinin qərarından sonra tam gücü ilə işləyəcək. Qanunda qeyd olunub ki, sahibkarlar bununla bağlı xüsusi lövhələr yazıb yapışdırmalı, özləri də buna nəzarət etməlidirlər. Mən bildiyim qədərilə Nazirlər Kabinetindən və ya İqtisadiyyat Nazirliyindən onların hamısına məktub gedib. Vətəndaşlarımız da, sahibkarlar da bilməlidirlər ki, qapalı yerlərdə siqaret çəkmək olmaz və bu qanun artıq qüvvəyə minib. 2001-ci ildə qəbul olunan "Tütün və tütün məmulatları" haqqında qanunda qeyd olunurdu ki, onun icrasına DİN və FHN nəzarət edir. Lakin yeni qanun qəbul edildikdən sonra, artıq köhnə qanun qüvvədən düşüb. Bu səbəbdən düşünürəm ki, hələlik yeni mexanizm hazır olana qədər heç kim heç kimi cərimələyə bilməz və məncə heç bir polis əməkdaşının da hələlik cərimə yazmaq səlahiyyəti yoxdur" – deyə M.Quliyev bildirib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol