Şeyx Türkiyəyə gedir

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə yanvarın 26-da Turkiyəyə gedəcək.
QMİ-nin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, səfərdə məqsəd yanvarın 29-30-da İstanbulda keçiriləcək "Quds: Vəhyin müqəddəsləşdirdiyi şəhər” mövzusunda beynəlxalq konfransda iştirak etməkdir.
A.Paşazadə konfransın açılış mərasimində məruzə ilə çıxış edəcək.
Turkiyə hökumətinin himayəsi altında keçiriləcək tədbirdə Turkiyə, İran, İraq, Fələstin, Hindistan, Malaziya, İngiltərə, Özbəkistan, Pakistan, Nigeriya, Tatarıstan (RF), Mərakeş, İndoneziya, Uqanda, Qazaxıstan, Keniya, Mavritaniya, Somali, Cibuti və Tanzaniyadan tanınmış elm və din xadimlərinin iştirakı gözlənilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























